Page 245 - Sholom_Aleyhem_Макет 1
P. 245

Rəhmət qazanmaq istəyi

          Doğrudur, şәhәr әhalisi yoxsulluq içindә yaşayır, dilәnçilәrin
          sayı varlılardan çoxdur, amma adamdan nәyin bahasına olursa-
          olsun, pul tәlәb etmәk kişilkdәn deyil! Nә qәdәr versәniz, Allah
          yolunda, qәbuldur! Amma, pulsuz iş aşmır, bura kasıb şәhәrdir!
          Qәbir qazanın, meyit aparanların haqqını kim ödәyәcәk? Üstәlik,
          kәfәn, araq, sәdәqә… Gәrәk hamının haqqını verәsәn ki, sәnә
          rәhmәt oxusunlar!
             Düz sözә nә deyәsәn? Әgәr aşxana sahibinin beş min rublu
          olsaydı, arvadını cah-calalla dәfn edәrdi...
             Bütün şәhәr әhli ölünü gәtirәn cavan oğlana baxmağa gәldi.
          Mәni barmaqla göstәrirdilәr. Hәlә dilәnçilәr… Onların sayı-
          hesabı yox idi, milçәk kimi vızıldaşırdılar. Ömrümdә heç bir
          şәhәrdә bu qәdәr dilәnçi görmәmişdim. Әtәyimdәn dartıb,
          paltarımı cırırdılar. Zarafat deyil, bu cavan oğlan sağa-sola pul
          sәpir! Xoşbәxtlikdәn, qardaşlığın üzvlәri mәni bir dәqiqә dә
          olsun tәk buraxmırdılar, xüsusәn dә Layzer-Moyşe, nazik
          barmaqlarını uzada-uzada mәtlәbi anladırdı:
             – Cavan oğlan! Bu dilәnçilәr әl çәkәn deyil! Son qәpiyinizi
          dә әlinizdәn almasalar, sakitlәşmәyәcәklәr!
             O, dönә-dönә tapşırdı ki, daha sәdәqә paylamayım, ancaq
          dilәnçilәr getdikcә mәni dövrәyә alıb qәzәblә didişdirirdilәr.
             – Sәxavәtinizi әsirgәmәyin! – bağırırdılar, – belә varlı
          qayınananı dәfn edәndә gәrәk pulundan keçәsәn! Arvad, yәqin,
          xeyli pul qoyub gedib, Allah hamıya qismәt elәsin!
             – Cavan oğlan! – dilәnçilәrdәn biri әtәyimi dartırdı. – Cavan
          oğlan, ikimizә bir yarımrublluq, ikiquruşluq verin! Hәr ikimiz
          şikәst doğulmuşuq, iki çolağa on qәpik! İki çolaq sizdәn on beş
          qәpik istәyir! Allah rizası üçün!
             – Ona qulaq asmayın, şikәstliyin bura nә dәxli? – digәr
          dilәnçi ayağı ilә şikәsti itәlәdi. – Sizcә, bunlar çolaqdır? Çolaq
          mәnim arvadımdır: әl-ayağı yox, bir qarış bәdәni var, uşaqlar da
          xәstә! Cavan oğlan, beş qәpik ver, arvada dua oxuyum, yeri
          behiştlik olsun...
             İndi mәnә gülmәli gәlir, amma o vaxt gülmәyә halım yox idi,
          çünki dilәnçi ordusu göz qırpımında bazar meydanına doluşmuşdu.




                                                              245
   240   241   242   243   244   245   246   247   248   249   250