Page 253 - Sholom_Aleyhem_Макет 1
P. 253

Şən kompaniya

             Әhvalat Parisdә baş verir.
             Cavan cütlük.
             Oğlan Berlindәn, qız isә Vyanadandır.
             Onlar hәlә evli deyillәr. Nişanlılar Parisә yollanırlar ki, bir-
          birini yaxından görüb tanısınlar.
             Şәhәrә eyni vaxtda gәlib eyni hotelin ayrı-ayrı nömrәlәrindә
          qalırlar. Tanış deyillәr, ona görә dә bir-biri barәdә mәlumatları
          yoxdur.
             Sәn bir Allahın işinә (istәsәn dә, bu әhvalatı özündәn uydura
          bilmәzsәn) bax! Hәr ikisinin çamadanı eyni idi, eyni fabrikdә
          istehsal olunmuşdu, kilidi, açarı da eyni... Hotel xidmәtçilәri
          çamadanları sәhv salır: oğlanın çamadanını qızın otağına, qızınkını
          isә oğlanın otağına aparırlar.
             Yol yorğunluğunu çıxarmaq üçün vanna qәbul edәn nişanlılar
          hәrәsi öz çamadanını açır. Oğlan qadın paltarlarını, qız isә oğlan
          geyimlәrini görüb mәәttәl qalır! Onların bәrәlmiş gözlәrini
          tәsәvvür edirsinizmi? Az qalır, dәli olsunlar! Amma maraq hәmişә
          adama güc gәlir. Şokun tәsirindәn ayılanda çamadanları eşәlәmәyә
          başlayırlar. Әşyaların arasından xeyli kağız vә mәktub çıxır.
          Adamlar da, bildiyiniz kimi, özgә mәktublarını oxumağa hәmişә
          böyük hәvәs göstәrirlәr! Cavanlar bu mәktublardan bir-biri barәdә
          elә şeylәr öyrәnirlәr ki, bәlkә, әlli il birlikdә yaşasaydılar, bunların
          cüzi bir hissәsindәn xәbәr tuta bilәrdilәr... Nә isә, hәrәsi gәldiyi
          şәhәrә – oğlan Berlinә, qız isә  Vyanaya qayıdır. Evlilik baş
          tutmur!
             İndi isә  Arkadi Şveytserin çamadanına baxaq: camaşırlar,
          iki-üç әdәd kağız yaxalıq vә manjetlәr, bir neçә papiros qutusu,
          kiçik dua kitabı, mәzamir, içindә dualar olan balaca dәri qutular
          (yәhudi ruhu özünü göstәrir!) vә sürtülmәkdәn rәngi getmiş bir
          neçә kart dәsti.
             Buradan belә nәticә çıxarmaq olardı ki, bizim Arkadi karta
          heç dә biganә deyil. Bәs bu qәdәr kart dәsti onun nәyinә gәrәkdir?
          Demәli, qumarbazdır, çörәyi kartdan çıxır! Bәli, yanılmamışıq.
          Tanış-bilişdәn xәbәr alıb öyrәndik ki, qumarxanaların daimi
          sakinidir. Bunu yaxşı yadda saxlamaq lazımdır, Allah qoysa, bu




                                                              253
   248   249   250   251   252   253   254   255   256   257   258