Page 234 - Sholom_Aleyhem_Макет 1
P. 234
Şolom Aleyxem
– Mәn Zvogeldәn gәlib Radomısla gedirәm, xizәyim
möhkәmdir... Mәzarlıq şәhәrә yaxındırsa, sizә yardımçı olaram.
Xizәyi sizә verib, özüm burada gözlәyәrәm...
– Nәcibliyinizә görә Allah ömrünüzü uzun elәsin! Bu әmәlinizlә
rәhmәt qazandınız! – aşxana sahibi mәni öpüşlәrә qәrq edir, –
şәhәr uzaq deyil, dörd-beş verst, bir saatdan çox çәkmәz, xizәyi
dәrhal göndәrәrәm, vicdan haqqı, savab iş gördünüz! Uşaqlar!
Qalxın, bu cavana tәşәkkür edin, әlini, ayaqlarını öpün, xizәyini
bizә verir ki, ananızı qәbiristanlığa aparım! Rәhmәt qazandı,
vicdan haqqı, böyük rәhmәt!
Uşaqlar analarının aparılacağını eşidәndә meyitin üstünә
atılıb daha ucadan hönkürmәyә başladılar, göz yaşı sel kimi axdı.
Amma hiss olunurdu ki, xizәklә bağlı xoş xәbәr onları sevindirib,
yәni, nәhayәt, kömәk әlini uzadan tapılıb, Allah özü göndәrib!
Uşaqlar mәnә xilaskar, peyğәmbәr kimi baxırdılar. Açığı, hәmin
anlarda özümü dünyanın әn xoşbәxt adamı hiss edirdim. Elә
qürrәlәnirdim ki, dağı yerindәn oynatmağa, misilsiz qәhrәmanlıqlar
göstәrmәyә hazır idim. Qeyri-ixtiyari dillәndim:
– Belә bir tәklifim var: meyiti xizәkçi ilә özüm apararam.
Niyә sizi әziyyәtә salaq, hәm dә bu vәziyyәtdә uşaqları tәk
qoymaq düzgün olmaz...
Mәn danışdıqca uşaqlar daha ucadan ağlayırdılar. Mәnә
göylәrin elçisi kimi baxırdılar, öz tәklifimdәn başım elә gicәllәnmişdi
ki, meyitdәn qorxduğumu da unutmuşdum...
Ölünü xizәyә yüklәdik. Sürücüyә әlavә yarım rubl vә bir
şüşә araq vәd etdim. Xizәkçi qulağının dalını qaşıdı, deyindi,
amma әlavә pul verәcәyimi eşidәndә yumşaldı. Vә üçümüz:
mәn, xizәkçi vә aşxana sahibinin arvadı – artıq keçmiş arvadı,
Allah ona rәhmәt elәsin, – Xave-Nexama, – adı belә idi, – yola
düşdük.
Xave-Nexama, Refoel-Mixlanın qızı! Hadisәni bu gün dә
yaxşı xatırlayıram, gözümün önündәdir, elә bil dünәn olub...
Yolboyu bu adı әzbәrlәyirdim, әri, yәni aşxana sahibi tapşırmışdı.
O, ölmüş arvadının adını bir neçә dәfә tәkrarladı, çünki dәfn
üçün adı dәqiq bilmәk lazımdır. Bütün yolu әzbәrlәyirdim: “Xave-
234