Page 231 - Sholom_Aleyhem_Макет 1
P. 231

RӘHMӘT QAZANMAQ İSTӘYİ


             Әgәr vaxtınız varsa, başıma gәlәn bir ibrәtamiz әhvalatı
          danışım: özüm günahkaram, bu hadisәnin ucbatından, az qala,
          canımdan olacaqdım. Niyә? Ona görә ki, tәcrübәsiz, sadәlövh
          idim. Әslindә, indinin özündә dә hәlә ağılım başıma gәlmәyib,
          әks tәqdirdә, çoxlu pulum olardı, imkanlı adam isә hәmişә ağıllı,
          qәşәng vә bacarıqlı görünür...
             Tәzә evlәnmişdim, qayınatamın himayәsindә yaşayırdım.
          Bütün günü Toranı öyrәnirdim, arabir başqa kitablara da nәzәr
          salırdım, gizli oxuyurdum ki, qayınatamla qayınanam görmәsin.
          Qayınanam kişi kimi qadındır, amma yalaq deyil, evdә bütün
          işlәri özü idarә edir, uşaqları nişanlayır, qızlarına adaxlı tapır.
          Mәni dә o tapıb, özü mәslәhәt görüb vә Radomısldan birbaşa
          Zvogelә gәtirib. Yәqin, bizim Radomısl barәdә eşitmisiniz, bu
          yaxınlarda qәzetlәr yazmışdı...
             Qeydiyyata düşәnә qәdәr Zvogeldә yeni qohumlarımın
          himayәsindә yaşayırdım, burnumu qapıdan çölә çıxartmırdım.
          Evә, Radomısla qayıdıb bәzi sәnәdlәri düzәltmәk, pasport almaq
          lazım idi. Araba tutmaq üçün bazara yollandım. Tәk getdim ki,
          hamı görsün: kimsәdәn asılacağım yoxdur. Allah dadıma çatdı:
          Radomıslda yaşayan bir kişiyә rast gәldim. Qış fәsli idi, geniş
          oturacaqları olan xizәklә gedәcәkdik. Kişi xizәyi әmәlli-başlı
          bәzәmişdi, yan tәrәflәrdә müxtәlif quşların şәkli çәkilmişdi.
             Atı ağ idi, qayınanam belә hesab edir ki, ağ at bәdbәxtlik
          әlamәtidir, amma mәn әksinә düşünürәm.
             – Allah elәsin, yalan çıxsın, – qayınanam dedi, – amma qor -
          xuram ki, bu sәfәr çox uğursuz olsun...
             – Dilin qurusun, – qayınatam onun sözünü kәsdi vә dәrhal da
          özünü әlә aldı, amma arvad dәrsini verdi, kişi arada imkan tapıb
          qulağıma pıçıldadı:
             – Fikir vermә, arvaddır da, ağzına gәlәni danışır.
             Sәfәrә hazırlaşmağa başladım. Şeylәrimi qablaşdırdım, xәrclik,
          bir dә üç yastıq götürdüm: birini altıma, o birisini kürәyimә,
          digәrini dә ayağımın altına qoymaq üçün. Vidalaşmaq vaxtı gәlsә
          dә, demәyә sözüm yox idi.



                                                              231
   226   227   228   229   230   231   232   233   234   235   236