Page 226 - Sholom_Aleyhem_Макет 1
P. 226
Şolom Aleyxem
2
Hәr üçü – Abramçik, Moiseyçik vә Dvoyrka – divarla sobanın
arasındakı küncdә doğulub vә elә orada da böyüyürlәr. Hәr üçü
gün başlayandan eyni mәnzәrәni görür: karton kәsәn, qutu
yapışdıran vә nәğmә oxuyan şәn atanı, bişirib-düşürәn, yır-yığış
elәyәn, hәmişә narahat, vaxtın azlığından şikayәtlәnәn dәrdli,
çәlimsiz ananı. Valideynlәrinin ikisi dә hәmişә mәşğuldur: ananı
sobanın, atanı isә dәzgahın qarşısında görәrsәn. Bu qәdәr qutu
kimә lazımdır, qalaq-qalaq karton nә üçündür? Atanın düzәltdiyi
qutular, yәqin, bütün dünyaya kifayәt edәrdi. Bu üç gözәl çöhrә
belә düşünür, sәbirsizliklә gözlәyir ki, nә vaxt atanın yenә çoxlu-
çoxlu, minlәrlә qutusu olacaq vә o, bunları zәnbillәrә dolduracaq,
birini başına, digәrlәrini isә әlinә alıb bazara yollanacaq? Evә isә
qutularsız qayıdacaq, anaya pul, uşaqlara isә bublik, krendel vә
konfet gәtirәcәk. Onların yaxşı atası var, әladan da әladır!
Anaları da yaxşıdır, amma әsәbidir, ondan ancaq şillә, yumruq
vә şapalaq gözlәyә bilәrsәn. Ana evdә qayda-qanunu sevir, istәmir
ki, uşaqlar özlәrini ata-anaya bәnzәtsinlәr – Abramçik stolun
üstündәn yerә düşәn karton qırıqlarını әzib töksün, Moiseyçik
әllәrini yapışqana bulaşdırsın. Dvoyrka qumdan vә sudan “çörәk”
bişirsin. Ana istәyir ki, uşaqlar dinmәz, sakitcә otursunlar.
Görünür, ana bilmir ki, bu üç çöhrә böyüyür, beyinlәri gündәn-
günә daha iti çalışır, körpә qәlblәri harasa uzaqlara uçur, hey
uçur... Bu qәlblәri çәkib aparan nәdir? Çәkәn, әlbәttә, nurdur,
işıqdır – onlar pәncәrәyә, işıqlı dünyaya can atırlar.
3
Cәmi bir pәncәrә, tәk bir pәncәrә. Bu üç çöhrә pәncәrәnin
qabağında özünә yer elәmәk üçün çәkişir. Pәncәrәdәn nә görünür?
Divar – hündür, enli, boz vә rütubәtli tikili! Bu divar heç vaxt,
hәtta yayda da qurumur. Bәs günәş öz şәfәqlәrini bu uşaqların
üstünә salırmı? Әlbәttә, salır. Amma tam yox, azacıq. Belә
vaxtlarda evdә toy-bayramdır. Hәr üç gözәl çöhrә pәncәrәdәn
226