Page 209 - Sholom_Aleyhem_Макет 1
P. 209

Üç dul qadın

          gözlәri ayrı bir alәmdir! Gözlәrin bir anda söylәdiyini, gün
          әrzindә danışıb bitirә bilmәzsәn. Hәmin gecә iki dul qadınla
          baxışlarımız çox böyük mәna kәsb edirdi. Unudulmaz baxışlar
          idi – bütün ömrün poeması, bәlkә dә, nәğmәsi... İtirilmiş, mәhv
          olmuş üç hәyat, sarsılmış üç vücud barәdә qәmli romans...
          Başımız gündәlik qayğılara, bizi qarabaqara izlәyәn problemlәrә
          elә qarışdı ki, xoşbәxtliyi dadmağa macal tapmadıq, sevgi adlı
          bulağın suyundan içә bilmәdik... “Sevgi” sözü tәsadüfәn ağzımdan
          çıxdı. İnanın, bu sözdәn әsla xoşum gәlmir. Niyә? Çünki yazarlar
          bu ilahi sözü elә tez-tez, özü dә yersiz işlәdirlәr ki, hәddindәn
          artıq adilәşib. “Sevgi” kәlmәsi yazıçıların dilindә tәhqirә çevrilib.
          “Sevgi” sözü Tanrıya dua kimi sәslәnmәlidir, sözsüz mahnıya
          bәnzәmәlidir, ürәklәri riqqәtә gәtirәn qafiyәsiz şeir kimi
          söylәnmәlidir. İndikilәri oxuyanda sanki adamın boğazında kal
          armud qalır... Bәlkә dә, mәnimlә razılaşmırsınız, lakin hövsәlәnizi
          basın. Çünki ikinci dul qadın barәdә әhvalatı bitirirәm. Hәm dә
          sevmirәm ki, mәn danışanda kimsә әsnәsin... Deyin, başınıza
          belә bir iş gәlmәyib: mәsәlәn, dişiniz bәrk ağrıyır, mütlәq
          çәkilmәlidir, siz isә günü günә satıb hәkimә getmirsiniz? Nәhayәt,
          cürәtә gәlib diş hәkiminin qapısını döyürsünüz. Qapıdakı lövhәni
          oxuyursunuz: “Filankәs filankәsov, diş hәkimi, qәbul: 8-dәn 1-ә
          vә 1-dәn 8-ә”... Saata baxıb düşünürsünüz: “Sәkkizdәn birә,
          birdәn dә sәkkizә? Hara tәlәsirәm?”
             Evә qayıdıb yenә ağrıdan qıvrılırsınız... Mәn dә, Roza da bu
          hala düşmüşdük. Hәr sәhәr evdәn çıxanda qarşıma mәqsәd qoyur-
          dum: bu gün hәsrәtә son qoyacağam! Әvvәlcә birinci dul qadınla,
          yәni anası ilә danışacağam, sonra... onun çöhrәsi qızaracaq,
          gözlәrini aşağı dikib deyәcәk: “Etiraz etmirәm, mәsәlәni Roza
          ilә aydınlaşdırın...” Bu halda, mәn birinci dul qadının yanından
          aralanıb, ikinci dul qadının yanına gәlәcәyәm vә deyәcәyәm:
          “Qulaq as, Roza, mәsәlә belәdir...” Amma sәn saydığını say, gör
          fәlәk nә sayır. Dul qadınların evinә gәlәn kimi Feygele qarşıma
          yüyürür, boynumu qucaqlayıb hәtta eynәyimin şüşәsindәn öpür.
          Xahiş edir ki, bu gün mütlәq anası vә nәnәsi ilә danışım, – onlar,
          yәqin, mәnim sözümdәn çıxmazlar, – oxumaq, oynamaq, rәqs




                                                              209
   204   205   206   207   208   209   210   211   212   213   214