Page 198 - Sholom_Aleyhem_Макет 1
P. 198
Şolom Aleyxem
İkinci dul qadın
Sizi niyә bu qәdәr gözlәtdim? Ürәyim belә istәdi. Әgәr
hansısa әhvalatı danışacaqsansa, bunu gәrәk ürәyinin hökmü ilә
edәsәn... Dözә bilmirsiniz? Ardını eşitmәk istәyirsiniz?
Gözlәrinizdәn görürәm! Bilirәm, belә әhvalatlardan hәdsiz zövq
alırsınız. Elә mәn dә alardım. Mәsәlәn, nahardan sonra öz
otağımda yırğalanan kresloya yayılardım, bir siqar da yandırıb
qoyardım damağıma, siz isә hıqqana-hıqqana, söz axtara-axtara,
cümlәlәri bir-birinin ardına düzә-düzә әhvalat danışardınız, mәn
dә lәzzәtlә qulaq asardım... Bәlkә, danışan adam hәr sözü
söylәdikcә nәyisә xatırlayıb dәrin iztirab keçirir, qәlbindәn qara
qanlar axır, bu, dinlәyәnin heç vecinә deyil. Tәki ürәyi riqqәtә
gәtirәn, şirin vә maraqlı әhvalat eşidәsәn! Narahat olmayın, sizi
nәzәrdә tutmuram! Vәzifәniz diqqәtlә dinlәmәkdir. Danışacağım
әhvalatın әvvәlki ilә heç bir әlaqәsi olmasa da, çox arzu edәrdim
ki, onu unutmayasınız, çünki istәnilәn halda, aralarında kiçik
bağlılıq mövcuddur, hәtta ona kiçik yox, böyük bağlılıq deyәrdim!
Әgәr unutmusunuzsa, icazә verin, xatırladım, iki cümlә ilә әvvәlki
әhvalatın qısa mәzmununu danışım.
Pinya adlı dostum vardı, arvadının adı Payya, qızının isә adı
Roza idi. Dostumun vәfatından sonra cavan Payya dul qaldı,
mәn onun yaxın dostu, kömәkçisi vә necә deyәrlәr, qardaşı idim.
Payyanı sevirdim, gecә-gündüz iztirab çәkirdim, amma sevgimi
etiraf etmәyә cürәtim çatmırdı. Әn yaxşı illәrim belә keçdi. Qızı
böyüdü, Roza çiçәk açdı, bununla da sakit hәyatımın axarı
pozuldu, kәlәfin ucunu itirdim. Payya günlәrin birindә Şapiro
soyadlı, yaxşı şahmat oynayan, çәtin xarakterli bir oğlanı evә
dәvәt etdi vә Roza ona vuruldu. Buna әsәbilәşib ürәyimdә qubar
elәyәn nә vardısa, anasına dedim, mübahisә düşdü, küsüşdük,
qapını çırpıb getdim vә and içdim ki, ömrümün axırına kimi
ayağım o evә dәymәyәcәk. Hә, necәdir?
İndi hiss edirәm ki, bir sual sizi rahat buraxmır: sözümün
üstündә durdum, ya yox? Axı, sәhv etmirәmsә, “psixoloqsunuz”.
Deyin, andıma әmәl etmәliydim, ya yox? Dillәnmirsiniz! Niyә?
Çünki heç özünüz dә bilmirsiniz... Görün hadisә necә baş verdi.
198