Page 194 - Sholom_Aleyhem_Макет 1
P. 194
Şolom Aleyxem
tutub qarşısını aldım vә bütün işlәrә nәzarәti öz әlimә götürdüm.
Düzdür, Payya ona şәrik olmağımı istәyirdi, lakin birmәnalı
şәkildә etiraz etdim. Şәriklik üçün gәrәk evlәrimi satım, ortaya
pul qoyum. Payya razılaşmadı: evlәri satmağa gәrәk yoxdur, pul
qoymadan da şәrik ola bilәrәm. Sizcә, nә cavab verdim? Xahiş
etdim ki, bir daha belә tәkliflәr sәslәndirmәsin, әks tәqdirdә,
acığım tutacaq. Dedim: “Onunla, yәni Pinya ilә, torpağı nurla
dolsun, kәsdiyim duz-çörәyә xәyanәt edib sizdәn әmәkhaqqı ala
bilmәrәm, işlәrinizә vaxt ayırdığım üçün mәnә bir qәpik dә
lazım deyil. Şükür, asudә vaxtım boldur, onsuz da, başımı qatmağa
bir iş axtarıram...” Bunu dul qadına deyirәm, cavab vermir,
başını aşağı salıb susur. Әgәr insanlıq barәdә tәsәvvürünüz varsa,
nә demәk istәdiyimi yaxşı anlayarsınız!.. Niyә hәr şeyi açıq
demәdim? Sәbәbini soruşmayın! Demәli, yeri deyildi. Әmin edә
bilәrәm, bu, su içmәk kimi asan idi. Bircә kәlmә... vә biz evlәnә
bilәrdik... Ancaq düşündüm: “Bәs Pinya? Axı yaxın olmuşuq!..”
Bilirәm, indi nә söylәyәcәksiniz: görünür, aranızda ehtiraslı
mәhәbbәt olmayıb... Sәhviniz var, dostum. Onun üçün gecә-
gündüz darıxırdım, amma Payyanın mәnә olan sevgisindәn söz
açmaq istәmirәm, çünki ağlınıza min cür fikir gәlә bilәr... Әşi,
indi hansı qәnaәtә gәlәcәyinizin artıq mәnim üçün fәrqi yoxdur.
Yaxşısı budur, deyin, çay versinlәr, boğazım quruyub.
Demәk belә, әzizim, harda qaldıq? Hә, işlәr barәdә danışırdıq.
Heç deyilәsi deyil! Ömrü boyu unutmaram. Soymaq nәdir,
barmaqlarına dolamışdılar! Sevinmәyә tәlәsmәyin! Mәni yox,
onu dolamışdılar! Mәnә fırıldaq gәlә bilmәzlәr. Bilirsiniz, niyә?
Çünki qadın deyilәm. Fırıldaqçılar, kәlәkbazlar vә quldurlar,
kimi istәsәn, aldada bilәr, bu işin çarәsini tapmaq mümkün deyil.
Onlar sәnin son qәpiyini dә әlindәn almaq üçün dәridәn-qabıqdan
çıxırlar. Amma bilin ki, mәndәn pul qoparmaq o qәdәr dә asan
deyil. Min dona girdilәr, olmazın hiylә qurdular, gedib-gәldilәr
vә nәhayәt, mәqsәdә çatdılar. Nә qәdәr? İstәdiklәri qәdәr!
Xoşbәxtlikdәn, vaxtında ayıldım vә dul qadına dedim: “Kifayәtdir!
Buna son qoymaq lazımdır!” Necә deyәrlәr, bizә qarşı qurulmuş
194