Page 192 - Sholom_Aleyhem_Макет 1
P. 192
Şolom Aleyxem
tutmamışdım. Zarafat deyil, Pinya ölüb! Sanki ömrümdәn böyük
bir parçanı qoparmışdılar. Onun ölümü ilә barışa bilmirdim!
Dәrd çәkirdim! Yazıq arvadı, cavan yaşda әliuşaqlı dul qaldı!
Körpә Roza mәlәk idi. Yeganә tәsәllimiz! Әgәr uşaq olmasaydı,
bilmirәm bu dәrdә necә dözәrdik – Payya vә mәn! Mәn qadın,
yaxud ana deyilәm ki, uşağımı tәriflәyib göylәrә qaldırım. Әgәr
deyirәmsә, yaxşı uşaq idi, demәli, düz deyirәm. Dünya gözәli
idi! Bir sözlә, Roza – sevgili cütlüyün ülvi mәhәbbәtindәn
yaranmış füsunkar gözәl! Hәlә dә dәqiq müәyyәn edә bilmәmişәm
hansı yaxşı idi – әr, yoxsa arvad? Uşağın gözlәri atasınınkı kimi
maviyә çalırdı. İkimizin dә Roza üçün ürәyi gedirdi, amma
bilmirәm, hansımız onu daha çox sevirdik – mәn, yoxsa Payya?
Yәqin, tәәccüblәnәcәksiniz. O, ana, mәn isә yad! Fәrqi yoxdur.
Mәsәlәyә bir az dәrindәn yanaşmaq lazımdır: mәnim bu ailәyә
bağlılığım, dul qadına, yetim uşağa mәrhәmәtim vә bir dә
subaylığım – bütün bunların cәmi sizin dediyiniz hәmin
psixologiyadır. Cәfәri yox, xalis psixologiyadır. Etiraz edә
bilәrsiniz ki, bәlkә, bunlar Rozanın anasına olan sevgimdәn irәli
gәlir? Etiraf edirәm, ona çox vurğun idim. Mәhәbbәtdәn alışıb-
yansam da, sevgi ürәyimi riqqәtә gәtirsә dә, hisslәrimi qadına
bildirmirdim! Gecәlәr gözümә yuxu getmirdi, ürәyimi ona necә
açacağım barәdә düşünürdüm. Sәhәr açılır, yataqdan qalxırsan
vә sәnә elә gәlir, gedib birbaşa etiraf etmәyә hazırsan: “Payya,
mәlumunuz olsun ki, mәsәlә belәdir... İndi qәrar sizindir...”
Amma üz-üzә gәlәndә nitqin quruyur. Düşünürsünüz ağciyәrәm?
Necә istәyirsiniz, elә dә fikirlәşin. Amma mәsәlәyә dәrindәn
nüfuz etmәyә çalışın: Pinyanı qardaşdan artıq sevirdim. Soruşa
bilәrsiniz: “Bәs Payya? Axı indicә söylәdiniz ki, onun üçün
darıxırdınız!” Cavab verirәm: bәli, darıxırdım, ona görә ki, iztirab
çәkirdim, ürәyimi açmağa cürәt etmirdim! Lakin qorxuram, mәni
anlaya bilmәyәsiniz. Sizin bәdnam “psixologiya”ya әsaslansam,
әlbәttә, mәni başa düşәrsiniz, amma hisslәr barәdә sәmimi-
qәlbdәn, әzilib-büzülmәdәn, sadә dildә danışanda bu, kәnardan
әcaib görünür. Әşi, fәrqi yoxdur, nә istәyirsiniz fikirlәşin. Әhvalatın
192