Page 191 - Sholom_Aleyhem_Макет 1
P. 191
Üç dul qadın
Onlara can-başla qonaq gedirdim: nә vaxt qapısını döysәn, qonaq
üçün әldәn-ayaqdan gedirdilәr, necә deyәrlәr, gözüm üstdә yerin
var! Başqalarının da qonağı oluram: ilk dәfә gәlәndә orda oturma,
burda otur, ikinci dәfә gәlәndә nәzakәt naminә qarşılayıb yola
salırlar, üçüncü dәfә elә soyuq qarşılayırlar ki, az qalırsan, bu
soyuqdan sәtәlcәm olasan... Nә gülürsünüz? Tanışlardan söhbәt
getmir... Amma onlara gәlirdin, doğma adam kimi qarşılayırdılar,
yedirtmәsәlәr, içirtmәsәlәr, qapıdan buraxmazdılar. Adama nә
lazımdır? Mәsәlәn, üzr istәyirәm, jiletin düymәsi qopubsa, dәrhal
tikirdilәr. Gülürsünüz? Sizcә, gülmәlidir? Düymә! Düymә nәdir
ki? Düymә subay adam üçün çox böyük problemdir! Düymә
tikmәk adamı zinhara gәtirir. Düymә ucbatından bir tanışımın
başı müsibәt çәkib: qız bәyәndirmәk üçün oğlanı qonaq çağırıblar,
mәclisdә kimsә onu lağa qoyub. Deyib ki, jiletin düymәsi düşüb...
Oğlan kor-peşman evә dönüb, sonra da özünü asıb. Yaxşı,
mәtlәbdәn uzaqlaşmayaq: araya söz qatmağı sevmirәm... Әr-
arvad çox mehriban dolanırdılar. Bir-birinin hörmәtini saxlayırdılar,
indi belәlәrinә nadir hallarda rast gәlәrsәn. Kimsәnin xәtrinә
dәymәk istәmirәm. Әgәr fәrqli fikirdәsinizsә, özünüz bilәrsiniz!
Yaxşı, әhvalatın ardına qulaq asın.
Bir dәfә Payyanın әri Pinya xәstәlәnib yorğan-döşәyә düşdü,
altı gündәn sonra da dünyasını dәyişdi. Uçub-getdi Pinya! Niyә?
Xәstәliyi nә idi? Soruşmayın! Boynuna çiban çıxmışdı, yarmaq
lazım idi, yarmadılar. Niyә? Elә ona görә! Savadlı hәkim var?
Pinya yataqda olanda iki hәkim gәtirmişdilәr, onlar da öz aralarında
mübahisәyә başladılar. Biri deyirdi, yarılmalıdır, digәri etiraz
edirdi. Xәstә isә bu zaman canını tapşırırdı. Açığı, söz tapmıram
demәyә! Fikirlәşәndә ki, bu savadsız hәkimlәrin ucbatından nә
qәdәr adam o dünyaya köçüb, adamın tüklәri biz-biz olur! Doğma
bacımı da onlar zәhәrlәdilәr! Elә bilirsiniz ona zәhәr verdilәr?
Ağlım çaşmayıb, sәfeh-sәfeh danışmağa adәt etmәmişәm.
Zәhәrlәdilәr, yәni lazımi dәrmanları vermәdilәr. Zavallıya vaxtında
kinә içirtsәydilәr, bәlkә, sağ qalardı... Narahat olmayın, bilirәm
söhbәtin harasında qalmışam. Belәliklә, dostumuz Pinyanı itirdik.
Kәdәrim sonsuz idi. Heç atam, qardaşım ölәndә belә yas
191