Page 189 - Sholom_Aleyhem_Макет 1
P. 189

ÜÇ DUL QADIN

                (heç vaxt evlәnmәmiş çılğın kişinin dilindәn)



                             Birinci dul qadın

             – Sәhviniz var, әzizim, qarımış qızların heç dә hamısı bәdbәxt
         deyil, heç vaxt evlәnmәmiş kişilәri dә ucdantutma xudbin
         adlandırmaq olmaz. Oturmusunuz kabinetdә, damaqda siqar, әldә
         kitab, sizә elә gәlir ki, dünyanın bütün sirlәrindәn xәbәrdarsınız,
         hәr şeyi sonuna, nöqtә-vergülünә qәdәr dәqiq bilirsiniz vә sizin
         üçün artıq cavabsız sual qalmayıb. Xüsusәn dә, Tanrı kömәyimiz
         olsun, “psixologiya” kәlmәsi kәşf edilәndәn sonra... Zarafat
         deyil, sözә bax: psi-xo-lo-gi-ya!.. Heç bilirsiniz psixologiya
         nәdir? Belә bir bitki var – cәfәri... Görünüşü pis deyil, әtri dә
         ürәkaçandır, xörәyә әlavә edәndә әla dad verir! Psixologiya da
         belәdir – cәfәriyә bәnzәyir. Amma cәfәrini götürüb çeynәyin,
         mәn dә baxım!.. İstәmirsiniz? Bәs onda niyә mәnә psixologiyanı
         sırımaq fikrinә düşmüsünüz? Әgәr psixologiyanın, hәqiqәtәn, nә
         olduğunu bilmәk istәyirsinizsә, yaxın әylәşin vә söhbәti diqqәtlә
         dinlәyin. Dәrd-bәlanın hardan vә necә gәldiyi, xudbinliyin
         sәbәblәri vә başqa mәsәlәlәr barәdә rәyinizi sonra söylәyәrsiniz.
             Bax mәn – köhnәnin subayıyam, yәqin, subay kimi dә
         ölәcәyәm. Niyә? Demәk çәtindir... Әgәr sәbәbini bilmәk vә mәni
         dinlәmәk istәyirsinizsә, bax bu, әsl psixologiyadır! Tez-tez sual
         verib sözümü kәsmәyin: ay bu, niyә belә oldu, filankәs hardan
         gәldi, nә dedi?.. Sözümü kәsәn adam gözümün düşmәnidir. Mәn,
         bildiyiniz kimi, tәrs adamam, son vaxtlar әsәblәrim sözümә
         baxmır... Qorxmayın, dәli deyilәm! Dәliyә daha çox siz oxşayırsınız,
         çünki evlisiniz. Mәnә isә arvad almaq olmaz, gәrәk iti beynim vә
         dәrrakәm hәmişә yerindә olsun. Sağlamlığımın qayğısına qalmaq
         borcumdur. Bunu özünüz dә yәqin edәcәksiniz. Uzun sözün
         qısası, xahiş edirәm, sual vermәyin. Әhvalatı danışıb bitirәndәn
         sonra nәyi başa düşmәsәniz, soruşarsınız.  Yaxşı? Razılaşdıq?
         Hә, burada, mәnim yerimdә әylәşin, mәn özüm yırğalanan



                                                              189
   184   185   186   187   188   189   190   191   192   193   194