Page 190 - Sholom_Aleyhem_Макет 1
P. 190

Şolom Aleyxem

            kürsünü xoşlayıram. Әn әsası odur ki, gәrәk oturacaq yumşaq,
            hәm dә rahat olsun... Mәncә, bura ürәyinizcә olacaq, hәm dә sizi
            yuxu aparmaz... Belәliklә, başlayıram. Girişdәn zәhlәm gedir,
            boşboğazlıqdan başqa bir şey deyil.
                ...Adı Payya olsa da, onu “cavan dul qadın” çağırırdılar.
            Niyә? Başlandı! Ağzımı indi açdım ki! Harada? Niyә? Burada
            başa düşmәmәli nә var ki? Әgәr “cavan dul qadın” deyirlәrsә,
            demәli, cavan idi, hәm dә dul qalmışdı. Mәn yaşca kiçik idim.
            Neçә yaş? Әşi, nә fәrqi? Dedim kiçik idim, demәli, kiçik idim!
            Adamların dilini saxlamaq olur ki? Başladılar dedi-qoduya: mәn
            subay, o da cavan dul qadın... Başa düşürsünüz dә... hә, o söz!
            Bәzilәri hәtta mәni tәbrik edib xoşbәxtlik arzulayırdı. İnanın,
            inanmasanız da, dünya dağılmaz, öyünmәk fikrim yoxdur. Bu
            qadınla yaxınlığım elә sizinlә dostluğum kimi idi... Sadәcә
            sәmimi vә mehriban münasibәtimiz vardı, bir-birimizi sevirdik.
            Burda qәribә nә var? Onun әrini tanıyırdım. Tanış yox, yaxın
            idik. Dost olduğumuzu söylәyә bilmәrәm. Sadәcә münasibәtlәrimiz
            yaxşı idi. Bunlar isә fәrqli şeylәrdir: dostluq edirsәn, düşünürsәn
            ki, әn yaxın dostundur, amma yanılırsan. Mәn belә düşünürәm.
            Sizdәn soruşan yoxdur! Demәk, belә! Onun әri ilә sadәcә yaxın
            münasibәtlәrimiz vardı, kart, bәzәn dә şahmat oynayırdıq. Deyilәnә
            görә, şahmatda mәnә çatan yoxdur. Lovğalanmıram! Bәlkә,
            mәndәn dә yaxşıları var. Adamlar nә deyirsә, onu çatdırıram...
            Әri cavan, bacarıqlı, hәm dә savadlı idi, dünyanın hәr işindәn
            baş çıxarırdı. Özü öyrәnmişdi, tәkbaşına, başqaları kimi gimnaziya,
            universitet bitirmәmişdi, diplom almamışdı. Sizin indiki diplomlar
            qara qәpiyә dә dәymәz! Nә? Razı deyilsiniz? Söz gülәşdirmәyin!
            Sizinlә mübahisәyә girişmәyә hәvәsim yoxdur! Çox varlı, zәngin
            adam idi. Hәrçәnd zәnginliyin meyarı haqqında nә düşüncәdә
            olduğunuzu bilmirәm. Mәn vә mәnim kimilәr belә düşünür: ev-
            eşiyin, gәlirli işin varsa, zәnginsәn! Dәbdәbә ilә yaşamırsan,
            pulunu sağa-sola xәrclәmirsәn, var-dövlәtini başqalarının gözünә
            soxmursan, yәni ağac bar verәndә başını aşağı әyәr. Demәk,
            belә. Onun gәlirli işi vardı, özü dә yağ-bal içindә yaşayırdı.





             190
   185   186   187   188   189   190   191   192   193   194   195