Page 184 - Sholom_Aleyhem_Макет 1
P. 184

Şolom Aleyxem

                Vәdimә әmәl etdim, çünki söz vermişәm!
                Qonağı sәhәr tezdәn oyatdım, samovara od saldım, evdәkilәrlә
            vidalaşmağa başladı. Ona deyirәm: “Vidalaşmağa vaxt taparıq,
            әvvәlcә haqq-hesab çәkmәk lazımdır”. Tәәccüblә mәnә baxır:
            “Necә yәni haqq-hesab çәkmәk?” “Haqq-hesab çәkmәk, –
            deyirәm, – yәni mәsәlәni bitirmәk. İndi hesabı söylәyәcәyәm,
            siz isә, lütfәn, ödәyin...” Qonağın rәngi qızardı: “Ödәyim? Nәdәn
            ötrü pul ödәmәliyәm?” – “Necә yәni nәdәn ötrü? – deyirәm, –
            yemәk, şәrab, yatmaq”.
                Bu mәqamda qonağın rәngi daha qızarmadı, әksinә, ağardı.
            “Başa düşmürәm, – dedi. – Mәni oğlunuzun sünnәt mәrasiminә
            dәvәt etmisiniz. Vağzalda yaxalayıb çamadanı әlimdәn almısınız,
            hәtta rәhmәt qazanmağı vәd etmisiniz...”
                – Düzdür, hamısı doğrudur. Lakin bütün bunların mәsәlәyә
            nә dәxli? Bayramda bizdә qonaq olmağınızı ömrümüzün axırınadәk
            unutmayacağıq. Amma yemәk, şәrab vә gecәlәmәk, – deyirәm, –
            bunları havayı vermәk borcum deyil.  Axı siz dünyagörmüş
            adamsınız vә özünüz başa duşursünüz ki, balıq neçәyәdir? Әn
            yaxşı şәrabdan içmisiniz, hәmçinin pivә vә albalı arağı... Borşu
            tәriflәyib göylәrә qaldırdınız, barmağınızı yaladınız, kәsmikli
            kökәlәr dә xoşunuza gәldi. Nuş olsun! Yәqin, rәva görmәzsiniz
            ki, aldığınız lәzzәt bizim zәhmәtimiz vә pulumuz sayәsindә ol-
            sun!
                Görürәm, qonağı tәr basıb.  Az qala, iflic olsun.  Atılıb-
            düşmәyә, hay-küy salmağa, çığırmağa vә söymәyә başladı...
            “Bu, әsl әxlaqsızlıqdır! Hәtta ondan da pisdir. Belә әclaflığı heç
            yerdә görmәmişәm. Sizә nә qәdәr vermәliyәm?” Qalxıb kağız
            vә qәlәm gәtirirәm, yemәk, içki vә gecәlәmәk, şәnbә yemәyi,
            şәrab vә albalı arağı, pivә vә ayrıca sifariş edilmiş kәsmikli
            kökәlәr üçün ona hesab yazıram – cәmi otuz rubldan bir az çox,
            dәqiq yadımda deyil.
                Qonaq hesabı görüb әvvәl saraldı, sonra bozardı, әllәri әsdi,
            gözlәri kәllәsinә çıxdı, daha bәrkdәn bağırmağa başladı: “Mәn
            hara düşmüşәm? Meşә quldurlarının әlinә? İnsafınız harada
            qaldı?  Yәni, doğrudan,  Allahınız yoxdur?” Bu vaxt sakitcә




             184
   179   180   181   182   183   184   185   186   187   188   189