Page 179 - Sholom_Aleyhem_Макет 1
P. 179

Sözbəsöz

          mir dilәr. Tәkcә Naxmen-Lokax özünü itirmәdi... Yerindәn aramla
          qalxdı, әlini sıx qaşlarına çәkdi, hiylәgәrcәsinә gülümsәyәn
          gözlәrini mәnә zillәdi, әlini uzadıb danışmağa başladı:
             – Әdalәtli qәrarınıza görә hamının adından sizә, hörmәtli
          ravvin, tәşәkkür edirәm... Çünki belә qәrarı yalnız Müdrik
          Solomon verә bilәrdi. Ancaq bir şey soruşmaq istәyirәm, hörmәtli
          ravvin: ağıllı vә әdalәtli qәrara görә, sizә nә qәdәr çatacaq?
             – Üzr istәyirәm, böyük sәhviniz var! Mәn diridәn dә, ölüdәn
          dә qazanan ravvinlәrdәn deyilәm... – әsl centlmen kimi bildirdim
          vә Naxmen-Lokaxdan belә cavabı aldım:
             – Mәncә, siz nәinki ağıllı, hәm dә gözütox adamsınız. Bir
          әhvalatı dinlәsәydiniz, mәmnun qalardıq. Bizim üçün xoş olardı
          ki, heç olmasa, maraqlı әhvalat danışmaqla әmәyinizin haqqını
          ödәdik.
             – Buyurun, istәsәniz, lap iki әhvalat danışın.
             – Әylәşin, hörmәtli dövlәt ravvini, bizi papirosa qonaq edin,
          öz başıma gәlәn maraqlı әhvalatı danışacağam, çünki başqalarından
          eşitdiklәrimi tәkrar etmәyi sevmirәm.
             Masa arxasında oturub papiros çәkdik, reb Naxmen-Lokax
          qalın qaşlarını tumarladı, gülümsәyәn hiylәgәr gözlәri ilә mәni
          süzdü, başına gәlәn әhvalatı aramla danışmağa başladı. Dediklәrini
          sözbәsöz onun dilindәn çatdırıram.
             – Bu hadisә, yalan olmasın... bir sözlә, o vaxtdan çox sular
          axıb. Cavan idim, qәsәbәdәn bir az aralı, dәmir yolunun
          yaxınlığındakı kәnddә yaşayırdım... Birtәhәr dolanırdım, vur-
          nuxurdum, karvansara saxlayırdım, pis qazanmırdım. Düzdür,
          Rotşild deyildim, amma qazancım çörәyә çatırdı... Hәmişә olduğu
          kimi, vağzalda mәndәn başqa daha on nәfәr alverçi dolaşırdı.
          Çünki başqaları görәndә ki, az-çox qazanırsan, paxıllıq edirlәr...
          Hamı elә bilir ki, yel әsib, qoz tökülüb...
             Amma mәsәlә bunda deyil! İşin әn qızğın çağında, taxılın
          daşındığı, vaqonların ard-arda düzüldüyü, qiymәtin qalxdığı bir
          vaxtda bizim evin xanımı mәnim üçün oğul doğmaq fikrinә
          düşdü... Nә olar, Allah verәn paydır!





                                                              179
   174   175   176   177   178   179   180   181   182   183   184