Page 175 - Sholom_Aleyhem_Макет 1
P. 175

SÖZBӘSÖZ

             ...İndi yox,  Allah göstәrmәsin, bir vaxtlar dövlәt ravvini
          olmuşam. Yәni ravvin idim, amma adisindәn yox, “dövlәt” ravvi-
          ni!
             Bunun nә demәk olduğunu bizimkilәrә izah etmәyә ehtiyac
          yoxdur... Tәcrübәdәn bilirlәr ki, bu, heyvanın dal ayağı demәkdir.
          Nikah vә boşanmanı, yeni doğulan körpәni qeydә almaq, yaş
          kağızı vermәk onun birbaşa vәzifәsidir... Dövlәt ravvininin dirilәr
          vә ölülәr qarşısında bir çox öhdәliklәri var! Sinaqoqda da hәmişә
          yuxarı başda oturur.
             Çara dua edәndә oturduğu yerdәn birinci qalxır. İstәr böyük
          bayramlarda, istәrsә dә adi günlәrdә sinaqoqa tәzә silindrdә gәlir
          vә toplaşanlara rus dilindә müraciәt edir:
             – Hörmәtli sinaqoq әhli vә nәcib qardaşlar!..
             Desәk ki, bizdә dövlәt ravvinini çox sevirlәr, bu, bir qәdәr
          şişirdilmiş alınar! Sadәcә, mәcburiyyәt qarşısında qalıb dözürlәr!..
          Mәsәlәn, pristav vә ya digәr rütbәli polis mәmurlarına münasibәtdә
          olduğu kimi!
             Hәr halda, üç ildәn bir  bu vәzifәyә dә seçki keçirilir, lap
          prezidentlәrdә olduğu kimi
             Tәsәvvür edin ki, dövlәt ravvinini xalq seçir, yәni icmanın
          ünvanına belә bir kağız gәlir:
             “Zati-alilәri… Cәnab qubernatorun göstәrişi әsasında... әmr
          edirәm...”
             Sadә dildә desәk, bu, tәxminәn belә sәslәnir: cәnab qubernator
          sizә, lәnәtә gәlmiş yәhudilәrә tәklif edir ki, sinaqoqa toplaşıb
          özünüzә dövlәt ravvini seçәsiniz...
             Bundan sonra “seçkilәr” – namizәdlәrin irәli sürülmәsi, qal-
          maqal, söyüş, içki mәclisi, rüşvәt başlayır... Bunun ardınca
          quberniya idarәsinә böhtanlar, donoslar gәlir. Seçkini lәğv edib
          yeni seçki keçirmәyi tapşırırlar vә yenә “cәnab qubernatorun
          göstәrişinә әsasәn”, namizәdlәr, dedi-qodu, partiyaların çәkişmәsi,
          şәrab vә rüşvәt işә düşür... Bax belәcә, sürünә-sürünә yaşayrıq!
             Mәn dә kiçik bir şәhәrcikdә dövlәt ravvini olmuşam – açığı,
          hәmin başıbәlalı günlәri indi dә xatırlayıram! Hәtta şәhәrciyin



                                                              175
   170   171   172   173   174   175   176   177   178   179   180