Page 177 - Sholom_Aleyhem_Макет 1
P. 177

Sözbəsöz

          quldurluğu günah sayır, lakin Tanrı hәlә yer üzündә belә oğru,
          fırıldaqçı vә başkәsәnә rast gәlmәyib” – üç şәrik dördüncü
          haqqında belә deyir. O da eyni sözlәri şәriklәri barәdә söylәyir:
          “Allah oğurluğu, fırıldaqçılığı vә quldurluğu günah sayır, lakin
          Tanrı hәlә yer üzündә belә oğrulara, fırıldaqçılara vә başkәsәnlәrә
          rast gәlmәyib”. Bәs bu dördüncü şәrik kimdir?
             Sakit, fağır, üzüyola adam tәsiri bağışlayırdı, gülәrüz çöhrәsi
          vardı, qara, qalın qaşlarının altından baxan gözlәrindәn hiylәgәrlik
          yağırdı. Ona Naxmen-Lokax deyirdilәr, әsl adı isә Naxmen-
          Nosn idi, amma Naxmen-Lokax çağırırdılar, çünki Lokax “alır”
          mәnası verir, Nosn isә “verir” demәkdir. Naxmen-Nosn ömründә
          nәsә vermәyib, ancaq alıb...  Vә bu Naxmen-Nosn yeri gәldi-
          gәlmәdi, cümlәsinin әvvәlindә, sonunda iki söz işlәdir: “ona
          görә ki…”
             Nә isә, dörd şәrik gәlib dövlәt ravvinindәn xahiş edir ki,
          aralarındakı mübahisәni ayırd elәsin. Bәlkә, ravvin bu dolaşıq
          işdәn baş çıxartdı vә tәrәflәri barışdırdı? “Hörmәtli ravvin, nә
          desәniz, necә qәrar versәniz, sözünüz bizim üçün qanundur...”
             Üç şәrik belә dedi, dördüncüsü isә yazıq görkәm alıb deyilәnlәri
          tәsdiq etdi: guya mәnә hәdsiz inanır, bilir ki, heç bir günahı
          yoxdur...
             Küncdә oturub arvad kimi qollarını sinәsindә çarpazladı,
          qalın qaşlarını çatdı, hiylәgәrcәsinә gülümsünüb şәriklәrinin nә
          deyәcәyini gözlәdi...
             Şәriklәri iddianı sәslәndirәndәn sonra qalxıb әlini qalın
          qaşlarına çәkdi, rәqiblәrinә tәrәf baxmadı, gülümsәyәn gözlәrini
          mәnә dikib ona qarşı sürülәn bütün iddiaları ustalıqla darmadağın
          etdi. Sözündәn belә çıxdı ki, fırıldaqçı, oğru vә hiylәgәr elә onun
          şәriklәridir, özü, yәni Naxmen-Lokax isә namuslu vә әdalәtli
          adamdır, ona qarşı qurulmuş hiylәgәr oyunun günahsız qurbanıdır,
          vәssalam! “Hörmәtli dövlәt ravvini, burada deyilәnlәr ağ yalan,
          başdan-ayağa böhtandır, heç nәdәn xәbәrim yoxdur...” Vә minlәrlә
          sübut gәtirib bildirdi ki, haqlıdır, ümumiyyәtlә, müqәddәs
          adamdır...





                                                              177
   172   173   174   175   176   177   178   179   180   181   182