Page 172 - Sholom_Aleyhem_Макет 1
P. 172

Şolom Aleyxem

            qayıdarkәn – onsuz da, Kodnyadan keçәcәk – qatara minәnә
            qәdәr xәstәyә baş çәksin? Bu mәrhәmәtinizә görә  Allah sizi
            mükafatlandırar...” Әla mәktubdur!
                Qәfildәn qatar fit verib dayandı. Yolyoldaşım yerindәn atıldı:
                – Aha, stansiya! Bircә dәqiqәliyә birinci vaqona baş çәkim.
            Professora dәyib qayıdıram, sonra söhbәti bitirәrik.
                Şәn әhvali-ruhiyyә ilә qayıtdı. Sanki kimisә yuxudan oyat-
            mamaq üçün әyilib qulağıma pıçıldadı:
                 – Professor yatır. Allah elәsin, yuxusunu yaxşı alsın ki, bizә
            ayıq başla gәlsin... Söhbәt harda qalmışdı? Hә, Kaşevarovkada!
                Demәli, Kaşevarovkaya gәlib birbaş varlının evinә yollanıram,
            zәngi bir vururam, iki, üç. Harınlamış, üzü taraş olunmuş biri
            çıxır, pişik kimi dodağını yalayıb rusca soruşur: “Nә lazımdır?”
            Mәn isә yәhudi dilindә cavab verirәm: “Bәli, lazımdır! Әgәr
            lazım olmasaydı, Kodnyadan bura gәlmәzdim ki!” O, qulaq asıb
            nәsә yeyir, dodaqlarını yalayıb başını tәrpәdir. “Ev yiyәsi indi
            heç kimi qәbul etmir. Yanında professor var...” “Elә yaxşı ki,
            yanında professor var, mәn hәmin professora görә gәlmişәm”.
            Soruşur: “Sizin professorla nә işiniz?” Mәktubu verib deyirәm:
            “Sәnin nә vecinә, dayanmısan qapının o tәrәfindә, mәn isә burda,
            yağışın altında cücә kimi islanmışam! Al bu mәktubu, zәhmәt ol-
            masa, ağaya çatdır”. Demәli, küçәdә dayanıb gözlәyirәm ki, nә
            vaxt çağıracaqlar. Yarım saat, bir saat, iki saat gözlәyirәm. Bir
            yağış yağır ki, tut ucundan çıx göyә! Narahatam, özümә görә
            yox, ravvinә görә! Axı mәktub, hәr halda, uşaq-muşaqdan deyil,
            ravvindәndir. (Kodnya ravvini bütün dünyada mәşhurdur!)
                Zәngi bir dәfә, iki dәfә vururam. Harınlamış sifәt çaparaq
            gәlir, qәzәblәnib bağırır: “Gәrәk nә qәdәr hәyasız olasan ki,
            zәngi bu cür vurasan!” “Hәyasızlıq adamı iki saat yağış altında
            saxlamaqdır!” İçәri girmәk istәyirәm. Hara? Qapını üzümә çırpır.
            Vәssalam! İndi nә edim? Bu, nә işdir başıma gәldi? Әliboş
            qayıtsam, yaxşı düşmәz. Әvvәla, özüm üçün pisdir. Hәr necә
            olsa, Kodnyada sayılıb-seçilәn adamlardanam, dilәnçi deyilәm...
            Hәm dә ürәyim partlayır: yazıq övladım ölüm ayağındadır!





             172
   167   168   169   170   171   172   173   174   175   176   177