Page 170 - Sholom_Aleyhem_Макет 1
P. 170

Şolom Aleyxem

            gedir, hәzm edә bilmir... Ağzından qan gәlәndәn sonra belә hala
            düşüb. Bu yaydan başlayıb. Doğrudur, bir dәfә qan lap çox gәldi.
            Allaha şükür, indi kәsilib. Amma uşaq elә zәifdir ki, tәsәvvür
            edә bilmәzsiniz, ayaq üstdә güclә durur. Titrәdib-qızdırır, bәdәni
            od tutub yanır. Hәrarәti otuz doqquz beşdir, heç nә  kömәk etmir!
            Bir neçә dәfә hәkimin qәbulunda olmuşam. Eh, bizim hәkimlәr
            nә bilir? Deyirlәr, çox yesin, havada gәzsin. Uşaq isә yemәyin
            adını eşitmәk belә istәmir. Bәs hava? Bәyәm bizdә hava var?
            Kodnyada hava! Ha-ha! Adamın gülmәyi gәlir. Kodnya gözәl
            yerdir, әsl yәhudi mәkanıdır. Allaha şükür, yәhudilәr var, sinaqoq,
            dua evi var, ravvin vә sair. Ancaq Allah bizi iki şeydәn mәhrum
            edib: qazancdan vә havadan. Hә, qazancdan danışmağa dәymәz.
            İlahi, dәrgahına şükür, biz bir-birimizdәn qazanırıq... Hava isә...
            Әgәr bizә hava lazım olsa, mülkәdar “malikanә”sinә yollanırıq.
            “Malikanә”dә hava, hәqiqәtәn, boldur. Әvvәllәr, Kodnya Polşa
            panlarına mәnsub olanda “malikanә”yә heç burnunu da soxa
            bilmәzdin. Panlar yaxın buraxmırdılar. Әn çox da pan itlәri.
            Amma Kodnya “malikanә”lәri yәhudilәrin әlinә keçәndәn sonra
            itlәr yoxa çıxıb, “malikanә”nin özü dә tamam dәyişib. Ora
            gedәndә adamın ürәyi açılır...
                İndi orda yenә dә panlar, mülkәdarlar olur, amma yәhudi
            mülkәdarları... Bizim kimi yәhudi dilindә danışırlar, adәtlәrә
            әmәl edir vә yәhudilәrә hörmәt bәslәyirlәr. Bir sözlә, әsl
            yәhudilәrdir. Amma o qәdәr dә mömin deyillәr, sinaqoqa çox
            can atmırlar. Hamama getmәklә dә araları yoxdur. Şәnbә qanununu
            pozmaqdan çәkinmirlәr. Çolpanı inәk yağında qızartmaq onlar
            üçün böyük qәbahәt sayılmır. Hә, saqqal qırxmaq, başıaçıq
            gәzmәk vә sair – bu barәdә danışmağa dәymәz. İndi bu, hәr
            yerdә adi şeydir. Hәtta bizim Kodnyada elә cavanlar var ki,
            papaq başlarına ağırlıq edir... Bәli, Kodnyanın mülkәdarları
            belәdir. Bizim yәhudi panları camaata yaxşı münasibәt bәslәyir,
            onlara xoş üz göstәrmәyә çalışır. Payızda yoxsullara paylamaq
            üçün yüz-iki yüz kisә kartof göndәrir, qışda odun ayırır, Pasxaqabağı
            matsa üçün pul verirlәr. Bu yaxında sinaqoqa kәrpic hәdiyyә
            etmişdilәr. Bәs necә! Hәr işi nәcib şәkildә, layiqincә görürlәr.




             170
   165   166   167   168   169   170   171   172   173   174   175