Page 169 - Sholom_Aleyhem_Макет 1
P. 169

Kodnyanın ən xoşbəxti

          xoşunuza gәlir? Әsl rus adıdır! Amma rus, ya yәhudi, nә fәrqi –
          pulu çoxdur! Zibil kimi! Bir sözlә, bizim Kodnyada deyirlәr ki,
          bu adamın yarım milyon sәrvәti var. Әgәr söylәsәniz ki, varidatı
          bir milyondur, ona da inanaram!  Amma, üzr istәyirәm, ona
          әclaflığına görә qiymәt verilsә, bәlkә dә, iki milyonu ötәr. Bu da
          sübut. Sizi birinci dәfә görsәm dә, hәr halda, başa düşürәm ki,
          qatarla mәndәn daha çox gedirsiniz. İndi deyin görüm, heç
          eşitmisiniz ki, bu Borodenko özünü әsl yәhudi kimi aparıb sәdәqә
          versin? Bizim Kodnyada hәlә ki bunu görәn olmayıb. Doğrudur,
          mәn ağalardan deyilәm, ancaq bizdә başqasının hesabına dolanan
          çoxdur. Xeyriyyәçilikdәn, sәdәqә vermәkdәn danışmıram, insanlığı
          nәzәrdә tuturam. Allah sәnә yol açıb, varlanmısan, evә professor
          çağırmağa imkanın var: hәkim gәlmişkәn kasıb-kusubun xәstәsini
          dә müayinә etsә, dünya dağılar? Sәndәn pul istәyәn, çörәk istәyәn
          yox, umduğumuz yalnız xoş söz, xeyirxah әmәldir, niyә özünü
          dağın başına qoymusan, hә? İndi qulaq asın...
             Deyirlәr, hәmişә qorxduğun başına gәlir! Kodnyada belә bir
          söz (bizim Kodnyada hamı bilir) gәzirdi ki, sizә danışdığım
          kaşevarovkalı varlının, hәmin bu İtsyuk Borodenkonun qızı
          xәstәlәnib. Siz bilәn, hansı xәstәliyә düçar olub? Boş şeydir –
          sevgi azarına tutulub! Qız bir rus oğlana bәnd olub, oğlan isә
          ondan imtina edib vә qız da zәhәr içib (bizim Kodnyada bunu
          hamı bilir). Ancaq bu hadisә dünәn olub. O dәqiqә qaçıb gәldilәr,
          professoru, özü dә әn mәşhur professoru gәtirdilәr. Varlı adama
          nә var ki? Elә bu mәqamda ağlıma bir fikir gәldi: onsuz da,
          professor hәmişәlik orada qalmayacaq, bugün-sabah geri dönәcәk.
          Gedәrkәn mütlәq bizim stansiyanın – Kodnyanın yaxınlığından
          keçәcәk. Yәni bir qatardan düşüb, o birisinә minәcәk. Qatara
          minәnә kimi bizә, yәni evimә niyә baş çәkmәsin? Bilirsiniz,
          sizdәn uzaq, övladım xәstәdir. Sizcә, nә ola bilәr? Özüm dә
          bilmirәm. Daxilindә nәsә pozulub, rәngi sapsarıdır, milçәk kimi
          zәifdir... Çünki yemir. Dilinә heç nә vurmur! Ümumiyyәtlә, heç
          nә. Hә, ağzını güclә açır. Hәrdәn bir stәkan süd içir – yalvarıb-
          yaxarandan sonra birtәhәr razı olur. Boğazından bir qaşıq şorba,
          bir tikә çörәk dә keçmir. Әtdәn danışmağa dәymәz. Zәhlәsi




                                                              169
   164   165   166   167   168   169   170   171   172   173   174