Page 164 - Sholom_Aleyhem_Макет 1
P. 164
Şolom Aleyxem
“Tfu!” – әsәbilәşdim. – Mәn dә dedim, Allah elәmәmiş, görәn,
nә olub. Axtarış köhnә nağıldır, dünya yaranandan kimsә kimisә
axtarır”.
– Yox – cavab verirlәr, – bu, o axtarışlardan deyil. Hәr gecә
ova çıxırlar. Yәhudi tutan kimi, ağına-bozuna baxmayıb yatabla
yollayırlar.
“Bәs rüşvәt?” “Boş şeydir.” “Rubl?” “Kömәk etmir”. “Üç
rubl?” “Hәtta milyon da versәn, xeyri yoxdur!” “Әgәr, hәqiqәtәn,
belәdirsә, demәli, vәziyyәt pisdir”. “Bundan da pisini görmüşük! –
cavab verirlәr. – Әvvәlcә cәrimә, sonra da – yatab. Hәlә üstәlik,
Brodskinin yanında da biabır olursan”. “Yaxşı, bәsdir Brodskidәn
danışdız! Brodskiyә görә sağlamlığımdan keçә bilmәrәm.
Professorların yanına konsiliuma gәlmişәm, hәkimlәr baxmayınca
geri dönә bilmәrәm!”
Söhbәt öz yerindә, amma gün keçir. Professorların yanına,
konsiliuma getmәk lazımdır. Amma nә konsilium? Hansı konsilium?
Professorlardan biri çәrşәnbә günü nahardan әvvәl gәlә bilәr,
digәri bazar ertәsi nahardan sonra, üçüncüsü isә gәlәn cümә
axşamından tez özünü çatdıra bilmәz, indi gәl başına çarә qıl!
Onların bir yerә toplaşmağı üç hәftәdәn dә çox vaxt aparacaq.
Professorların çox vecinәdir ki, Kaneladan gәlәn Moyşe-Naxmendә
tәngnәfәslik vә öskürәk var, gecәlәr yatmır? Belәliklә, gecә
düşdü. Şam elәyib yatmağa getdik. Tәzәcә yuxuya getmişdim ki,
eşidirәm – tak! tak! tak! Gözümü açıram: “Kimdir?” “Batdıq!
İşimiz fırıqdır!” – qaynım cavab verir. Yanımda dayanıb yarpaq
kimi әsir, nә ölüdür, nә diri. “İndi nә edәk?” – soruşuram.
“Yaxşısı budur, özün de, neylәyәk?” – cavab verir. “Bu vәziyyәtdә
nәsә elәmәk olar? Әcәb yerdә axşamladıq!” Qapını durmadan
döyürlәr: tak! tak! tak! Uşaqlar oyanıb ağlaşır: “Ana!” “Ana!”
Qadın onları sakitlәşdirmәyә çalışır. Nәsә ürәyimә damıb ki,
bunun axırı pis olacaq! “Eh, – fikirlәşirәm, – Koneladan gәlmiş
Moyşe-Naxmen, yaman ilişdin! Allah bu günü Purişkeviçә qismәt
elәsin!” Birdәn ağlıma bir fikir gәlir vә qaynıma deyirәm: “Bax,
Dovid, sәn mәn ol, mәn dә sәn!” Key-key mәnә baxır: “Necә
yәni?” “Bax belә, deyirәm, bütün kartları qarışdıraq. Sәn mәnә
164