Page 165 - Sholom_Aleyhem_Макет 1
P. 165
Al, dadına bax
öz pasportunu ver, mәn dә sәnә öz pasportumu. Sәn olacaqsan
Moyşe-Naxmen, mәn isә Dovid”. Qaynım çox kütdür. Heyvan
kimi mәnә baxır, heç nә başa düşmür. “Ay eşşәk! – deyirәm, –
burada başa düşmәmәli nә var? Balaca uşaq da anlayar. Sәn
onlara mәnim pasportumu göstәrәrsәn, mәn dә sәninkini. Qandın?”
Görünür, başa düşdü. Vә biz sәnәdlәri dәyişdirdik: ona öz
pasportumu verdim, o da mәnә özününkünü. Qapını, az qala,
sındırırlar – tak! tak! tak! “Nә olub? – deyirәm. – Yangındır,
yoxsa sel gәlib?” Qaynımın isә yadına salıram: “Unutma, sәnin
adın Dovid deyil, Moyşe-Naxmendir.” Sonra qapını açmağa
gedirәm: “Xoş gәlmisiniz, әziz qonaqlar!” Yüksәk rütbәli polis
mәmurları içәri soxuldular. Necә deyәrlәr, istәdiyin yar idi,
yetirdi pәrvәrdigar!
Әvvәlcә qaynımın xirtdәyindәn yapışdılar. Niyә? Çünki mәn
özümü әlә almağı bacarıram. Qaynımı isә titrәmә tutub. Görüm
Purişkeviç onun gününә düşsün! Soruşurlar: “Cәnab yәhudi,
haradan gәlmisiniz?” Qaynım susur. Onun müdafiәsinә qalxıb
deyirәm: “Canım, niyә susursan? Danış da! Onlara de ki, sәn
Moyşe-Naxmensәn, özün dә Koneladansan”. Zabitlәrә yalvarıram:
“Allah eşqinә, bu yazıq, bәdbәxt mәnim qohumumdur! Çoxdan
görüşmәmişik. Koneladan gәlib”. Özümü gülmәkdәn güclә
saxlayıram. Ha-ha-ha! Başa düşürsünüz? Mәn, Koneladan olan
Moyşe-Naxmen gecәnin bir alәmindә Moyşe-Naxmendәn ötrü,
yәni özüm özümdәn ötrü polisә yalvarıram... Ha-ha-ha!
Bәla burasındadır ki, yalvarışlarım tәsirsiz qaldı. Protokol
tәrtib edib qaynımı tutdular, polis mәntәqәsinә apardılar. Mәni
dә aparmaq istәyirdilәr, hәtta apardılar da, amma dәrhal buraxdılar.
Axı nәyә görә mәni orada saxlasınlar? Sәnәdimdә dәqiq yazılıb
ki, şәhәrdә yaşamaq hüququm var, Brodskinin sinaqoqunda
“mәrasimçi”yәm. Öz aramızdır, rubllar da işә yaradı. “Yaxşı, –
deyirlәr, – cәnab “mәrasimçi”! Sәn hәlәlik evә gedib çaydan-
çörәkdәn ye. Sonra sәnә göstәrәrik ki, qohumunun Malo-
Vasilkovskayaya gizli yolla gәlib yaşamaq istәmәsinin axırı necә
olur!”
165