Page 162 - Sholom_Aleyhem_Макет 1
P. 162
AL, DADINA BAX
Pәncәrәnin qarşısında, mәnimlә üzbәüz gülәrüz bir adam
әylәşib. Gözlәri ilә sanki nәsә demәk istәyir. Bayaqdan mәnә
baxır, elә bil söhbәtә başlamağımı gözlәyir. Lakin mәn susuram.
Boş vaqonda mәnimlә qabaq-qabağa oturan bu adama susmaq
darıxdırıcı görünür. Vә birdәn sәbәbsiz yerә ucadan gülüb mәnә
müraciәt edir:
– Yәqin, mәәttәl qalmısınız, soruşacaqsınız ki, nәyә gülürәm?
Yequpetsi necә barmağıma dolamağım yadıma düşdü. Ha-ha-ha.
Hә, hә, mәn Konela sakiniyәm, adım da Moyşe-Naxmendir, –
tәngnәfәs olub öskürür, – amma Yequpetsdә bir oyun qurdum ki,
gәl görәsәn! Ha-ha-ha. Qoyun bir öskürüm, görüm Purişkeviç dә
öskürәkdәn boğulsun! Hә, indi başıma gәlәnlәri sizә nәql edim!
Günlәrin birindә Yequpetsә gәlirәm. Mәnim kimi tәngnәfәs
vә dәqiqәbaşı öskürәn adamın şәhәrdә nә işi ola bilәr axı?
Aydındır ki, özümü hәkim professora göstәrmәk üçün. Yәqin,
başa düşürsünüz ki, tәngnәfәsliyә vә öskürәyә görә Yequpetsdә
tez-tez qonaq oluram, hәrçәnd, fәxri qonaq sayılmıram. Mәn,
Kaneladan olan Moyşe-Naxmen Yequpetsә necә gedә bilәrәm
ki, qanunla orada yaşamaq hüququm yoxdur? Amma tәngnәfәslik
vә öskürәk sәni әldәn salıbsa, mütlәq professorun qәbuluna
getmәlisәnsә, әlacın nәdir? Şәhәrә oğrun-oğrun gәlib, axşam da
gizlincә qayıdacaqsan. Әgәr yoxlama mәntәqәsindә desәn ki, bu
şәhәrdәn yolüstü keçirsәn, onda bir neçә vaxtdan sonra geri
dönmәli vә pasportundakı möhürü göstәrmәlisәn. Burada mәni
qaçaq kimi tutsaydılar, tab gәtirmәzdim, yәqin, xәcalәtdәn ölәrdim.
Necә dә olsa, Konelada nüfuz sahibiyәm, evim, inәyim, iki qızım
var – biri әrdәdir, digәri dә әrә getmәyә hazırlaşır. Başqa cür
necә ola bilәr?
Belәliklә, Yequpetsә, professorun yanına gәlirәm, daha
doğrusu, professorların – eyni zamanda üç professorun konsiliu-
muna. İstәyirdim birdәfәlik aydınlışdırım ki, xәstәliyim nәdir?
Mәndәn adam çıxar, ya yox? Tәngnәfәslik var, hәkimlәr bunu
162