Page 174 - Sholom_Aleyhem_Макет 1
P. 174

Şolom Aleyxem

            professor!..” – demәli, hәr şeyi ona danışdım, utanıb-çәkinmәdәn,
            heç bir qorxu hissi keçirmәdәn nә istәdiyimi söylәdim. Varlı ev
            sahibi kәnarda dayanıb çәp gözlәri ilә baxır, mәn isә danışıram.
            Әslindә, rusca danışmaqda o qәdәr dә pәrgar deyilәm. Amma bu
            dәfә Allah mәnә danışmaq üçün güc verdi. Ürәyimdә nә vardısa,
            hamısını söylәdim. “Belә, belә, cәnab professor, bәlkә, qismәtmiş
            ki, siz göylәrin elçisi kimi, uşağımı, yeganә oğlumu xilas
            edәcәksiniz... Әgәr pul gәrәk olsa, buyurun, iyirmi beş rublum
            var.  Allah şahiddir, mәnimki deyil! Bu qәdәr pulum hardan?
            Arvadımındır. Şәhәrә mal almağa gedәcәkdi. Allah kömәyi olsun,
            uşağın yolunda heç nәyi әsirgәmir!” Bax belә danışıram, kaftanın
            cibindәn iyirmi beş rublu çıxarmaq istәyirәm.  Ancaq qoca
            professor әlimdәn tutur: “Ehtiyac yoxdur!” – deyib mәni karetә
            mindirir. Kaş oğlumu sağlam görәydim, doğru sözümdür! İndi
            sizdәn soruşuram: bu İtsyuk Borodenko heç professorun dırnağına
            dәyәr? Hәmin Borodenko, az qala, mәni bıçaqsız öldürәcәkdi!
            Xoşbәxtlikdәn, hәr şey yaxşı qurtardı! Allah elәmәmiş, әksinә
            olsaydı, onda nә edәrdim, hә?
                Birdәn vaqonda çaxnaşma düşdü vә hәmsöhbәtim konduktordan
            soruşdu:
                – Kodnyadır?
                – Bәli.
                – Salamat qalın! Sizә yaxşı yol! Xahiş edirәm, kiminlә yol -
            yoldaşı olduğunuzu heç kәsә demәyәsiniz. İstәmirәm ki, Kodnyada
            evә professor gәtirdiyimi bilsinlәr. Yoxsa hamı tökülüşüb gәlәcәk...
                Bir neçә dәqiqәdәn sonra qatar tәrpәndi, pәncәrәdәn gördüm
            ki, iki arıq ata qoşulmuş üstüörtülü araba lәngәr vurub stansiyadan
            uzaqlaşır. Balacaboy, qırmızıyanaq, ağsaqqallı, eynәkli qoca bu
            arabada gedirdi. Vaqondakı tanışım onunla üzbәüz oturmuşdu,
            daha doğrusu, elә bil ipdәn asılmışdı, araba çala-çuxura düşәndә
            o da lәngәr vururdu. Qoca professorun üzünә baxdıqca yeni tanı -
            şı mın çöhrәsi nurlanırdı, sevincdәn qanad çalıb uçmağa hazır idi.
                Heyif ki, fotoqraf deyilәm vә özümlә fotoaparat daşımıram.
            Bu an tanışımın şәklini çәkәrdim. Qoy hamı bilsin ki, xoşbәxt
            adam – Kodnyanın әn xoşbәxt adamı necә olur!




             174
   169   170   171   172   173   174   175   176   177   178   179