Page 155 - Sholom_Aleyhem_Макет 1
P. 155
Məsləhət
– Ah, bağışlayın, – deyir, – deyәsәn, vaxtınızı alıram, hә?
Amma danışdıqlarım son dәrәcә vacibdir. Ailә üzvlәrim ilә
yaxından tanış olmalısınız ki, mәsәlәnin mahiyyәtini dәrindәn
başa düşәsiniz... Hә, qayınana çiynindә türk şalı ilә peyda olur,
ona elә gәlir ki, balası, Allah elәmәmiş, özünü yaxşı hiss etmir,
yәni xәstәlәnib. Bu vaxt qayınata işә qarışır. O, faytonu qoşmağı
tapşırıb, hәkim dalınca adam göndәrir. “Tәzә hәkim” – lәnәtә
gәlmiş bir hәkimә bizdә belә ad qoyublar. Amma bәzi sәbәblәr
üzündәn onun әsl adını açıqlaya bilmәyәcәyәm... Hә, demәli,
hәmin hәkimi çağırmağa adam göndәrirlәr, bütün әhvalat da
bundan sonra başlayır. Onu sizә danışıb mәslәhәt almaq istәyirәm...
Qonaq bir anlığa susur. Alnındakı tәri silib bir az da yaxın
әylәşir. Masanın üstündәki әşyalardan birini götürür. Elә adamlar
var ki, danışanda mütlәq әlindә nәsә oynatmalıdır. Әks tәqdirdә,
danışmaqda çәtinlik çәkirlәr. Yazı masamın üstünә hәmişә müxtәlif
әşyalar, oyuncaqlar düzürәm. Arasında kiçik velosipedә bәnzәyәn
siqarkәsәn dә var. Bu әşya qonağın xoşuna gәlmişdi. Söhbәtin
әvvәlindәn gözü onda idi, sonra әlinә alıb danışa-danışa tәkәrini
fırlatmağa başladı.
– Demәli, – sözünә davam edir, – tәzә hәkimi çağırırlar.
Mәlumunuz olsun ki, qәsәbәmizdә sahibsiz itlәr qәdәr hәkim
var. Burada rus, yәhudi millәtindәn olan hәkimlәr çalışır. Amma
haqqında söhbәt açmaq istәdiyim hәkim çox cavandır, yerli
dәrzinin oğludur. Әslindә, atası bir vaxtlar dәrzi işlәyib. Artıq bu
işdәn uzaqlaşıb. Madam oğlu hәkimdir, niyә dәrzilik elәmәlidir?
Daha doğrusu, hәkim oğulun niyә dәrzi atası olmalıdır? Ata
barәdә bir-iki kәlmә deyim ki, tәsәvvürünüz olsun... Balacaboy,
çәpgöz adamdır, sağ әlinin barmaqları әyilib. Hәmişә geniş әtәkli
pambıq libasda gәzir. Xırıltılı sәsi var. Bütün günü oğlundan
danışır: “Mәnim hәkim balam dünәn xәstә sağaldıb. Özü dә ağır
xәstәni! Hәr şey bacarır. Savadlı hәkim oğlum!” Keçmiş dәrzi
hәkim oğlu barәdә söhbәtlәrlә hamının zәhlәsini töküb.
Bәdbәxtlikdәn, oğlu qadın xәstәliklәri hәkimidir. Başqa sözlә
desәk, mamaçadır. Әgәr hansı qadınınsa hamilәliklә әlaqәdar
155