Page 151 - Sholom_Aleyhem_Макет 1
P. 151
MӘSLӘHӘT
– Üç gündür bir cavan oğlan gәlib sәni soruşur. Deyir, mütlәq
görüşmәlidir. Nәsә vacib işi var...
Bu “şad” xәbәri mәnә sәfәrdәn qayıdanda çatdırdılar.
Fikirlәşdim ki, yәqin, qapıma gәlәn cavan yazardır, әsәrlәrini
göstәrmәk istәyir.
Masa arxasına keçib işә başlayan kimi zәng çalındı.
Qapını açdılar. Cavan adam içәri keçdi. Qaloşunu çıxartdı,
öskürüb burnunu sildi. Bәli, görkәmindәn görünür ki, “gәnc
әdib”dir. Nә müjdә ilә gәlib?
Kabinetә daxil olub nәzakәtlә salam verdi. Daha doğrusu,
әllәrini qәribә tәrzdә bir-birinә sürtüb özünü tәqdim etdi. Adını
dedi, amma belә adlar yadda qalmır, dәrhal unudursan.
– Әylәşin! Mәnә görә nә qulluq?
– Yanınıza çox mühüm bir işdәn ötrü gәlmişәm. Necә deyim,
fövqәladә mәsәlәdir. Daha dәqiq, hәyatımla bağlıdır. Fikrimcә,
mәsәlәnin mәğzini ancaq siz başa düşә bilәrsiniz. Çünki әtrafda
baş verәnlәri ölçüb-biçmәyә, düzgün qiymәtlәndirmәyә qadir
adamsınız. Bu qәnaәtә gәlmişәm, hәtta әminәm...
Qonağa baxıram. Yerli maarifpәrvәr, әdib tipinә oxşayır.
Solğun çöhrәsi, qәmgin qara gözlәri sanki deyir: “Tәnha qәlbә
rәhm edin!”
Yox, belә gözlәr mәni hәmişә qorxuya salır. Onlarda tәbәssüm
görmәzsәn, nәzәrlәr daim sonsuzluğa dikilir. Belә gözlәri qәtiyyәn
xoşlamıram.
Qәlәmi kәnara qoyub deyirәm:
– Hә, göstәrin görәk...
Gözlәyirәm ki, indi qoltuğundan qalın әlyazması çıxaracaq
vә bu, yәhudi sürgünü qәdәr uzun, üçhissәli roman olacaq. Amma
dördpәrdәli pyes dә tәqdim edә bilәr, obrazlar da tәxminәn belә
adlar daşıyacaq: Merderzon, Erlixman, Frumxars, Bitersvayq vә
sair.
Bәlkә, Sion barәdә şeir yazıb?
151