Page 148 - Sholom_Aleyhem_Макет 1
P. 148

Şolom Aleyxem

            Hardan bilir ki, oğlum hәkim olmaq istәyir? Bәlkә, qismәtindә
            qubernator kürsüsü var, hә? Evә gәlib bütün bunları Davidimә
            söylәdim. Utandığından qızardı: “Ana, daha onun yanına getmә,
            görәndә dә heç nә söylәmә”. Deyirәm: “Cәhәnnәm olsun, bundan
            sonra onu adam yerinә qoymayacağam, mәncә, bu hәkimin ağlı
            çaşıb. Nәyә görә başını hәr yerә soxub soruşur ki, xәstә harda
            işlәyir, necә dolanır, nә qәdәr qazanır? Nәyinә lazımdır? Sәnә
            yarım rubl verirlәr, get reseptini yaz, vәssalam!”
                Söhbәt nәdәn gedirdi? Hә, qayğıdan... Bәs necә? Qayğı
            qurtaran deyil! Әgәr әlindә hәmişә yumurta dolu zәnbil varsa,
            bazara satmaq üçün qaz, toyuq vә ördәk daşıyırsansa, demәli,
            qayğın çoxdur. Bir yandan da daimi müştәrilәrim – iki varlı
            xanım öz aralarında bәhsә girib çalışırlar ki, sәndәn mәhsulun әn
            yaxşısını, tәzәsini alsınlar! Özünüz görürsünüz dә! Şorbaya vaxt
            qalmır, çünki evdә tapılmıram. Ona görә dә tezdәn oyanıram,
            sobanı yandırıb bazara qaçıram, imkan tapan kimi evә dönüb
            toyuğun dörddәbirini isladıb duzlayıram, yenә bazara qaçıram.
            Birazdan qayıdıb suya duz atıram, güvәci sobaya qoyuram.
            Qonşudan, yәni Qnesyadan xahiş edirәm ki, güvәcdә gözü olsun:
            qaynayan kimi qapağını örtsün ki, yemәk soyumasın, qazanı isti
            yerә qoysun. Burda çәtin nә var ki? Dәfәlәrlә onun ailәsi üçün
            şam yemәyi hazırlamışam!  Axı biz insanıq, heyvan deyilik,
            meşәdә yox, adam arasında yaşayırıq! Axşam evә qayıdan kimi
            sobanı yandırıb yemәyi qızdırıram, oğluma isti şorba verirәm.
            Elә bilirsiniz qayğılar bununla bitir? Әsla! Qonşumun... adam
            demәyә dә xәcalәt çәkir... nә işlә mәşğul olduğunu söylәmәyә
            utanıram... Bu gün sәhәr Qnesyanın birdәn ağlına gәlib ki,
            uşaqlarına südlü balabuşka bişirsin. Eh, südlü balabuşkadan nә
            çıxar?  Axı bu gün şәnbә yox, çәrşәnbәdir, heç balabuşkanın
            yeridir? Başa düşә bilmirәm! Bu unsatan Qnesya qәribә adamdır!
            Süfrәsi ya dolu olur, ya da yemәyә heç nә tapmır. Bir dә görürsәn,
            üç gün sobaya yaxın gәlmir, sonra birdәn elә qızışır ki, qazanı
            aşıb-daşır. Başa düşmәk olmur ki, nә bişirir: buğda xәşili, yoxsa
            sıyıq? Hәrdәn bir güvәc kartof tәmizlәyir, guya balığı da var,
            әslindә isә, soğandan başqa әlinin altında heç nә yoxdur, soğanın




             148
   143   144   145   146   147   148   149   150   151   152   153