Page 143 - Sholom_Aleyhem_Макет 1
P. 143

Güvəc

          illәr tәmir olunmayıb. Yeznәm Azriel yapışıb yaxamdan ki: “Gәl
          damı tәzәlәyәk, vәssalam!” “Yaxşı, razıyam.” “Gәl, әmәlli-başlı
          örtәk”, – deyir. “Örtәk”, – cavab verirәm. Ora-bura, danışıb
          razılaşdıq, axı dam samandandır. Taxtanın adını da çәkmirәm,
          amma bilirәm ki, taxta çox vacibdir. Nә isә, tәmir üçün bir az pul
          yığmaq mәcburiyyәtindә qaldım, ona görә dә iki otağı kirayә
          vermәli oldum. Birindә kar Xaim yaşayır, çox qocadır, әl-ayağı
          әsir, ağlını itirib. Övladları mәnә hәftәdә beş üçşahılıq verir,
          qoca isә yemәyә günaşırı onlara gedir, amma hәmişә gözü acdır.
          Hәr dәfә mәni görәndә aclıqdan şikayәtlәnir. Bәlkә dә, bilәrәkdәn
          deyir, axı qoca adamların işi-peşәsi deyinmәkdir! Dünyanı ona
          yedirt, başına tac qoy, yenә deyәcәk ki, azdır!
             Söhbәt nәdәn gedirdi? Hә, qonşulardan... Allah göstәrmәsin!
          Kardan danışmağa dәymәz, ondan qışda buz almaq mümkün
          deyil, sakit kirayәnişindir, cınqırı çıxmaz!  Amma kәlәkbazın
          biridir, mәni dilә tutdu ki, otağı unsatan Qnesyaya verim. Hә,
          demәli, bu qadın un alverçisidir. Zәhlәtökәnin yekәsidir! Әvvәllәr
          mum idi, adam kimi dil bilirdi, indi isә hey mızıldanıb yaltaqlanır:
          “Canım, mәstanım, әzizim, sizin üçün onu elәyәrәm, bunu
          elәyәrәm, dağları yararam…” Guya heç nәyә ehtiyacı yoxdur,
          tәki sobanın yanında kiçik bir masa, azacıq da odun olsun!
          Hәftәdә bir dәfә әt bişirsin, yarım ildә bir dәfә dә xәmir yoğursun...
          Deyirәm: “Bәs uşaqlarınız necә olacaq? Qnesya, axı bir sürü
          övladınız var?” “Narahat olmayın, Yentoçka, әzizim! – deyir. –
          Uşaqlarımı yaxşı tanımırsınız. Gül kimi balalardır! Yayda bütün
          günü hәyәtdә oynayırlar, qışda isә pişik balası kimi sobanın
          üstünә dırmaşırlar. Yalnız bir çatışmayan cәhәtlәri var: yemәk
          üçün dәli-divanәdirlәr, qarın otarmaqda bu tifillәrә çatan olmaz!”
             Nә deyim, görünür, zillәt çәkmәk alnıma yazılıb. Uşaqları
          dәcәllik edib elә sәs-küy salırdılar ki, dәhşәtә gәlirdim. Gecә-
          gündüz, fәrqi yoxdur, çığırır, ciyildәyir, söyüşür, dalaşırlar – elә
          bil cәhәnnәmә düşmüsәn. Bәlkә dә, cәhәnnәm bundan yaxşıdır.
          Bu, hәlә harasıdır? Dәcәllәri birtәhәr sakitlәşdirmәk mümkündür.
          Döymәk, söymәk, şapalaq vurub yerindә otuzdurmaq olar, çünki
          uşaqdırlar, qanmırlar... Amma Allah bu qadına bir әr qismәt edib




                                                              143
   138   139   140   141   142   143   144   145   146   147   148