Page 150 - Sholom_Aleyhem_Макет 1
P. 150

Şolom Aleyxem

            bilmәk olar? Birdәn güvәc davam gәtirmәdi, parça-parça oldu,
            onda necә? Mәsәlә şorbada deyil. Әlbәttә, şorbaya heyfim gәlir.
            Bәs axşam Davidimә nә verәcәyәm? Hәr halda, bir şey fikirlәşәrәm!
            Dünәn kәsilmiş qazları gәtirib tәmizlәmişәm, içalatı, başları vә
            çinәdanları qalıb, bir şey bişirәrәm.  Amma nәdә? Doğrudur,
            әvvәllәr üç әt güvәcim vardı, ancaq bu lәnәtә gәlmiş Qnesya
            mәndәn tәptәzә güvәc alıb әvәzindә sınığını verdi. Soruşuram:
            “Bu güvәc kimindir?” Deyir: “Necә yәni kimin? Sizin!” Yenә
            xәbәr alıram: “Necә yәni mәnim? Sizә salamatını vermişdim, bu
            isә sınıqdır”. Narazılığını bildirir: “Çığır-bağır salmayın, uşaqlar
            qorxar! Birincisi, sizә salamat güvәc qaytarmışam, ikincisi, sizdәn
            sınıq güvәc almışdım, üçüncüsü, sizdәn heç bir güvәc almamışam,
            özümdә nә qәdәr desәn, var. Vә mәndәn әl çәkin!” Görürsünüz
            dә bu hәyasızı!
                Söhbәt nәdәn gedirdi? Hә, güvәc mәtbәxdә hәmişә işә
            yarayır... Demәli, cәmi iki salamat vә bir sınıq güvәcim qaldı,
            belә hesab etmәk olar ki, iki güvәc. Bәyәm kasıba iki güvәc bәs
            edәr? Bir dәfә bazardan diri toyuqları zәnbilә doldurub gәtirmişdim,
            birdәn pişik onları hürkütdü. Soruşa bilәrsiniz: pişik haradan
            peyda oldu? Bu dәcәllәr bir pişik balası görәn kimi evә gәtirib
            oynadır, zavallı heyvana әziyyәt verirlәr. “Yazıqdır axı, buraxın
            getsin”, – mәnim Davidim onlardan xahiş edir. Amma avaraların
            dünya vecinә deyil. Pişiyin quyruğuna nәsә bağlayıblar, heyvan
            çırpınır, atılıb-düşür, qaçmaq istәyir. Toyuqlar hürkür, biri açılıb
            çırpınır, uçub lәmәyә qalxır vә – tap! – güvәc yerә dәyir! Bәxtә
            bax! Sınıq güvәc heç vaxt yerә düşmәz, belә iş ancaq salamat
            güvәcin başına gәlә bilәr. Hәmişә belә olur!
                Sәbәbini bilәn var? Mәsәlәn, iki adam gәlir, biri – anasının
            sevimli balası, göydәki günәş kimi tәk, yeganәdir, digәri isә...
            Reb! Rәhm elә, Allah! Reb, sizә nә oldu? Reb, arvadınız hanı?
            Harada qaldı? Bura, bura, tez gәlin! Bizim rebin vәziyyәti pisdir!
            Huşunu itirir! Su! Su!









             150
   145   146   147   148   149   150   151   152   153   154   155