Page 153 - Sholom_Aleyhem_Макет 1
P. 153

Məsləhət

             Qayınatam haqqında, yәqin, bәzi şeylәr eşitmiş olarsınız.
          Amma adını demәyәcәyәm. Tanınmış adamdır, yaxşı düşmәz.
          Öz aramızda qalsın, ancaq adının orda-burda hallanmasından
          xoşu gәlir, qürrәlәnir. Mәsәlәn, Bobruysk yanğınından әziyyәt
          çәkәnlәrә hamıdan çox ianә verdi. Kişinyov şәhәri üçün dә xeyli
          pul ayırdı. Bizim qәsәbәnin camaatına isә nәsә vermәyә әli
          gәlmir. Axmaq deyil, yaxşı bilir ki, onsuz da, qәsәbәdә böyük
          hörmәt sahibidir. Burada ianә vermәyin, özünü kimәsә göstәrmәyin
          nә mәnası? Bax elә buna görә dә qәsәbә camaatına üz göstәrmir.
          Hәlә onu tanımayan, nәcibliyinә bәlәd olmayanlara isә sәxavәtini
          әsirgәmir. Amma xahişә vә ya yardım istәmәyә gәlәnlәri görәndә
          sifәti ölü rәngi alır. Adamların üstünә bağırır: “Hә, nәdir? Yenә
          mәni soymağa gәlmisiniz? Alın, bax, bu, açarlar! Gedin, dolabları
          yoxlayın! Nә tapsanız, aparın!..” Elә bilirsiniz, doğrudan, açarları
          verir? Sәhviniz var! Şkafın açarları masanın bağlı yeşiyindәdir.
          Yeşiyin açarını isә yaxşıca gizlәdib... Qayınatam belә adamdır.
             Özü necәdirsә, adı-sanı da elәdir! Aramızda qalsın, qәsәbәdә
          onu donuz adlandırırlar. Әlbәttә, üzünә demirlәr, görәndә
          yaltaqlanırlar. Kәnardan baxanda adamın ürәyi bulanır. O isә
          qürrәlәnir, hәr sözü sәmimi qәbul edir. Qarnını qabağa verib
          gәzir, yaxşı güzәran keçirir, hәyatdan kam alır! Sual doğur: adam
          әlini ağdan-qaraya vurmur, bolluq içindә yaşayır, lәziz yemәklәrdәn
          dadır, rahat yatır. Daha nә lazımdır? Yuxusunu alandan sonra
          tapşırır ki, faytonu qoşsunlar, palçıqlı küçәlәrlә gәzmәyә çıxır.
          Axşamçağı qonaqlar toplaşır. Hamısı şәhәrin sahibkarlarıdır.
          Dedi-qodu başlanır. Boş şeylәrdәn dәm vururlar. Kasıbları, hәtta
          bütün dünyanı әlә salırlar. Xidmәtçi Zasim böyük samovarı
          qaynadır. Qayınatam isә qәssab Şmuyel-Abe ilә domino oynayır.
          Qәssab Şmuyel-Abe gözlük taxır, belәsi indi dәbdәdir.  Ağ
          yaxalıqda, tәmiz uzunboğaz çәkmәlәrdә gәzir, qızlarla mazaqlaşmağı
          xoşlayır, qәzet oxuyur, yaxşı şahmat, domino oynayır. Domino?
          Qayınatamla bütün gecәni oynaya bilәr. Sәn dә oturub azarkeşlik
          elәmәlisәn! Әsnәmәkdәn zinhara gәlirsәn. Masadan uzaqlaşmaq,
          yataq otağına çәkilmәk, yaxud әlinә kitab almaq istәsәn, vay





                                                              153
   148   149   150   151   152   153   154   155   156   157   158