Page 137 - Sholom_Aleyhem_Макет 1
P. 137

Yetmiş beş min
          mәmurun yanına apardılar, ağbәniz adam idi, dazının parıltısı da
          göz qamaşdırırdı. Bileti ona tәqdim edib nәsә dedilәr, amma
          söhbәti eşitmәdim. Dәmir qәfәsin arxasında әylәşmiş hәmin daz
          mәmur gözlәrini qaldırıb eynәyin üstündәn bizә ötәri nәzәr saldı
          vә yenә işinә davam etdi: әlindә kiçik iti bıçaq vardı, qarşısındakı
          kitabı cidd-cәhdlә qaşıyırdı. İndi tәsәvvür edin, o, kitabı qaşıyır,
          biz dә lal-dinmәz dayanıb baxır, әtrafdakı adamlar da maraqla bu
          mәnzәrәyә tamaşa edir. Daz mәmur öz işindәdir, qaşımaqdan
          hәdsiz hәzz alır, digәr masaların arxasında әylәşmiş mәmurlar
          isә pul saymaqla mәşğuldur... Sizcә, burda nә qәdәr pul olar?
          Allah bilir, zibil kimi әtrafa sәpәlәnib! Adamın başı gicәllәnir,
          qızıl pulların cingiltisi qulaqlarda әks-sәda verir, göz qamaşdırır!
          Düşünürәm: “Görәsәn, bu pulu kim icad edib? İnsanlar pula görә
          niyә canından keçmәyә, bir-birinin qanını içmәyә hazırdır? Pulun
          adı gәlәndә ana, ata, qardaş, bacı, dost, qonşu unudulur... Pul
          gözlәrini tutub, başqa heç nәyi görmәk istәmirlәr... İnsanlar üçün
          puldan әziz, puldan ali heç nә yoxdur! Niyә belәdir, hә?”  Bu
          barәdә düşünürәm, bәlkә dә, hәmin anlarda, ümumiyyәtlә, heç
          nә fikirlәşmirәm, başa düşürsünüz? O, yәni mәmur, elә hey
          qaşıyır, onu bilet, Yankev-İosl, yetmiş beş min, rahib, Henex,
          Birnbaum, pul qazanmağa hәris olan dәllallar, ümumiyyәtlә,
          insanlar әsla maraqlandırmır!..
             Amma dünyada hәr şeyin sonu var. Sanki Allahın bizә rәhmi
          gәlir vә mәmur qaşımağı bitirib bıçağı jiletinin cibinә qoyur, ağ
          cib dәsmalını çıxarıb burnunu tәmizlәyir. Sonra bileti saymazyana
          götürür, elә bil әlinә adi kağız parçası alır, kitabı açıb, uzun-
          uzadı baxmağa başlayır... Diqqәtini gah biletә, gah da kitaba
          yönәldir, bu iş xeyli çәkir. Düşünürәm: “Ağıllı çıxıb! Yoxlayır
          ki, bilet saxtadır, ya yox? Sәn qaşımağında ol! İstәsәn, bileti it
          kimi iylәyә dә bilәrsәn! Onsuz da, saxta deyil, hәqiqidir!”
          Qәfildәn bileti sanki sifәtimizә çırpıb deyir (sözlәri indi dә
          qulağımda әks-sәda verir):
             – Hansı ağıllı sizә deyib ki, bu bilet yetmiş beş min udub?
             Başa düşürsünüz, ya yox? Bizә kim deyib?  Verdiyi suala
          bax!



                                                              137
   132   133   134   135   136   137   138   139   140   141   142