Page 136 - Sholom_Aleyhem_Макет 1
P. 136

Şolom Aleyxem

                – Bileti kim alacaq?
                On cüt әl biletә tәrәf uzanır.
                – Yox, belә olmaz! – xәzinәdar deyir. – Bir bileti bu qәdәr
            adama verә bilmәrәm. Aranızdan bir nәfәr sәlahiyyәtli nümayәndә
            seçin...
                Biz dә düşündük-daşındıq, üç vәkilin içindәn әn yaşlısını
            seçdik. O, bileti ikiәlli götürdü, sanki körpәni qucağına alırdı,
            әvvәlcә rahibә, sonra qardaşım Henexә, mәnә vә Birnbauma
            göstәrdi, mәqsәdi dә bu idi ki, hamımız bir-bir baxaq: hәmin
            biletdir, ya yox? Rahib dedi ki, bileti hәlә xәzinәdarın әlindә
            olanda tanıyıb. Üzәrindә bir işarә var... Amma işarәnin nәdәn
            ibarәt olduğunu söylәmәk istәmir... Qardaşım Henex and içdi ki,
            әgәr onu gecә yuxudan oyadıb bileti göstәrsәlәr, dәrhal tanıyar!
            Başa düşürsünüz, ya yox? Mәn vә Birnbaum isә bileti ilk baxışdan
            tanımadıq, yalnız seriya vә nömrәsini diqqәtlә nәzәrdәn keçirdik –
            axı әsas mәsәlә bundan ibarәtdir, düz demirәm? Pulu – yetmiş
            beş mini almaq üçün hamımız Dövlәt Bankına yollandıq! Birlikdә,
            piyada getdik, quş kimi uçurduq.  Yaşlı vәkil biletdәn ikiәlli
            yapışmışdı, onu elә aparırdı ki, hamımız görәk, Allah göstәrmәsin,
            birdәn itәr, ya da kiminsә ağlından keçәr ki, bileti dәyişdirsin!..
            İkinci belә bir bilet yoxdur axı!
                Biz artıq on yox, iyirmi nәfәr idik. Maşallah, göz dәymәsin,
            bu adamlar hardan peyda oldu? Mәn deyim: bizim qәsәbәdәn
            olan tanış-bilişlәrdir, tәsadüfәn bu gün şәhәrә gәliblәr vә görüblәr
            ki, biz biletә düşәn yetmiş beş min rubl uduşu almaq üçün
            Dövlәt Bankına gedirik... Bizә qoşuldular, böyük uduşu – yetmiş
            beş mini necә almağımıza tamaşa etmәk istәyirdilәr, axı belә
            hadisә hәr gün olmur! Dәstәmizә baxan düşünәrdi ki, hansısa
            varlı adamın dәfn mәrasimidir, tәkcә tabut çatışmır, Dövlәt
            Bankının qapıda dayanan mühafizәçisi – yefreytor hәtta qorxdu
            da. Zavallı aralarında rahibin dә olduğu böyük yәhudi dәstәsini
            harda görmüşdü?
                Amma bizi çox hörmәtlә qarşılayıb tәk-tәk bankın binasına
            dәvәt etdi. Әlindә bilet tutmuş vәkil lazımi yerә yaxınlaşıb
            mәsәlәnin mahiyyәtini anlatdı. Bundan sonra bizi dazbaş bir



             136
   131   132   133   134   135   136   137   138   139   140   141