Page 132 - Sholom_Aleyhem_Макет 1
P. 132
Şolom Aleyxem
Qısa vә konkret, harda qalmışdıq? Hә, zәmanәtdә. Axır ki,
bizimlә razılaşdılar, saatlarla danışıb baş-beynimizi apardılar,
notariusun yanında hәlә bizi borclu da çıxartdılar, sәnәdlәrә imza
atdırıb lazımi yerlәrә tәqdim etdilәr vә bundan sonra әsl cәhәnnәm
әzabları başladı... Vәkillәrin qapısını döyüb saysız-hesabsız әrizә
yazırdıq, hәr gün şәhәrә gedirdik, mәsrәflәr bitmәk bilmirdi.
Qonaq evini bәyәnmirdik, amma taxtabiti basmış gecәqonduda
gecәlәmәk üçün xeyli pul ödәyirdik. Bәs necә? Tәki adamlar
bizim guya “hotel”dә qaldığımızı görsünlәr. Buxarda bişmiş әti
bәyәnmirdik, amma qızardılmış tarakan da versәlәr, yeyirdik.
Bәs necә? Tәki adamlar görsün ki, dәbdәbәli nahar süfrәmiz var.
Qızmar günәşin şüaları altında vurnuxurduq, tәr tökürdük, küçәlәri
qarış-qarış gәzirdik, hәrdәn adi taqqıltıya, cingiltiyә diksinirdik,
hәrdәn dә sәs-küyümüzdәn qulaq tutulurdu... Nәyin naminә?
Başımıza xoşbәxtlik quşu qonub – yetmiş beş min udmuşuq!
Arvadım gecә-gündüz Allaha yalvarırdı ki, bircә bu işlәr tez
bitsin: “Adam da nağdı qoyub nisyәnin dalınca qaçar? Sәnin
yetmiş beş minin mәnim ürәyimә yetmiş beş min tikan batırıb.
Bu tikanların hamısını sәnә әrmәğan edirәm, mәnә bircәciyi dә
lazım deyil!..” Cavab verirәm: “Eh, söz danışdın da! Arvadda
ağıl nә gәzir?..” Amma hiss edirәm ki, düzünü deyir: bütün
bunların mәnә nә xeyri? Boş ciblә bazara getmәyin nә mәnası?
Әvәzindә xeyli düşmәn qazandım: bәzilәri hәsәd aparır, digәrlәri
diş qıcıyır, qorxurlar ki, birdәn payıma düşәn pulu alaram.
Yankev-İoslın bu qәdәr pul nәyinә gәrәkdir?.. Başa düşürsünüz?
“Mәsәlә hәll olundu vә bitdi!” Bu sözlәri eşidәnә qәdәr
canımız çıxdı, saçlarımız ağardı. Bileti yenidәn görәndә gözlәrim
kәllәmә çıxdı. Elә bilirsiniz, bileti görmәk asan başa gәldi?
Tәlәsmәyin, hövsәlәniz olsun! Әvvәllәr qәrar çıxandan sonra bir
ay gözlәmәk lazım idi – birdәn kimsә qәrardan şikayәt verәr. Bu
bir ay әrzindә gözümü yummadım, yuxum әrşә çәkildi! Dәfәlәrlә
qorxulu yuxular görürdüm, gecәnin bir alәmi dik atılıb bağırırdım:
“Sipoyra, uçuram...” Arvadım isә mәnә әyri-әyri baxıb deyirdi:
“Hara uçursan? Başına hava gәlib? Uçmağa vaxt tapmısan?
Çiyninin üstündәn üç dәfә tüpür vә yuxunu danış”. Deyirәm:
132