Page 128 - Sholom_Aleyhem_Макет 1
P. 128
Şolom Aleyxem
yırsınızsa, belә qәrara alındı ki – dayan, dayan, qәrar necә idi?
Az qala, unutmuşdum, hә, dördümüz birlikdә şәhәrә gedib bileti
vә pulu almalı, sonra da bölüşdürüb hәrәnin payına düşәni
vermәliyik, vәssalam! Qәrar hansı halda yerinә yetirilә bilәr?
Әgәr bilet olsa! Bәs әgәr yoxdursa? Necә yәni yoxdur? Bilet var,
amma siz başa düşürsünüz dә hardadır? Hansısa bank onu özgәnin
adına rәsmilәşdirib, müstәntiq dә biletә hәbs qoyub – indi gәl
onu әldә elә dә! Bәs necә olsun? Әvvәla, bu işә xitam verib qal-
maqala son qoymaq lazımdır – yalnız bundan sonra növbәti
addımları müәyyәn etmәk mümkündür. Başa düşürsünüz, ya
yox? İşә kim xitam vermәlidir? Әlbәttә, rahib. Amma onun
tәlәbi belәdir ki, bileti onun adına keçirsinlәr, yalnız bu tәqdirdә
işә xitam verilmәsinә razı olar. Belә çıxır ki, guya rahib haqlıdır.
Bileti onun adına kim keçirmәlidir? Mәlum mәsәlәdir ki, varlı
adam. Ona yalvarırıq ki, alicәnablıq göstәrib bileti rahibin adına
keçirsin vә belәliklә dә, işә xitam verilsin. Varlı adam isә
dediyindәn dönmür (özlüyündә o da haqlıdır!): “Mәndәn nә
istәyirsiniz? Başqasının biletini niyә mәnә sırımısınız?” Ona
deyirik: “Hörmәtli cәnab, tamamilә haqlısınız. Amma nә edә
bilәrik ki, sizin kömәyiniz olmadan bu işi başa çatdırmaq mümkün
deyil!” Soruşur: “Mәnim günahım nәdir? İstәyirsiniz xitam verin,
ya da bitirin, özünüz bilәrsiniz, mәnә nә?” Başa düşürsünüz, ya
yox? Bağışlayın, sizdә xitam vermәli iş var?.. Tfu! Papiros
demәk istәyirdim...
Qısa vә konkret, harda qalmışdıq? Hә, işә xitam vermәkdә.
Hәrә bir mәslәhәt verir, yol göstәrir. Nә isә, qәrara aldıq ki, işi
mәhkәmәyә çıxaraq. Әgәr mәhkәmә söhbәti ortaya atılıbsa,
demәli, vәkil tutmaq lazımdır, bunun üçün dә gәrәk şәhәrә
gedәsәn. Yenә başlandı: hansı vәkil yaxşıdır? Biri bu vәkili,
başqası isә digәrini mәslәhәt bilir. Sonda әlacsız qalıb hәr iki
vәkilin rәyini soruşuruq. Başqa çarә yoxdur! Birinci vәkilin
dediyini ikincisi tәkzib edir, hәrәsi bir nağıl danışır. Üçüncü
vәkilin söylәdiklәri isә әvvәlkilәrlә heç uzlaşmır. Ağzına gәlәni
deyir. Belә dә iş olar? Mәcbur qalıb dördüncü vәkilә müraciәt
edirik... Bir sözlә, vәkillәrin hansı yuvanın quşu olduğunu sizә
128