Page 130 - Sholom_Aleyhem_Макет 1
P. 130

Şolom Aleyxem

            deyәcәk: “Bilet mәnimdir! Biletimi verin!” Onda nә sözünüz
            olacaq? O, bileti yox, yetmiş beş mini tәlәb edәcәk! Kimdәn?
            Sizin heç birinizdәn yox, varlı adamdan! Düzdür, varlı adamda
            Birnbaumdan aldığı qәbz var, öz növbәsindә mәnim qәbzim
            Birnbaumda, qardaşım Henexin qәbzi mәndә, rahibin qәbzi isә
            Henexdәdir! Bu halda, qoy varlı adam Birnbaumdan, o da öz
            növbәsindә mәndәn, mәn qardaşımdan, Henex dә rahibdәn şikayәt
            әrizәsi versin. Adamın başı şişir! Bәs nә etmәli? Başqa vәkilә,
            sonra ondan da tәcrübәli vәkilә, lazım gәlsә, daha mәşhur vәkilә
            müraciәt etmәk lazımdır... Nә isә, şәhәrin bütün vәkillәrinin
            qapısını döydük. Başqa heç nә barәdә düşünә bilmirdik: sözümüzün
            әvvәli dә, axırı da vәkil idi, vәkil... vәkil... Bağışlayın, yaxşı
            vәkiliniz var?.. Tfu! Papiros demәk istәyirdim...
                Qısa vә konkret, harda qalmışdıq? Hә, vәkillәrdә. Allahın
            kömәkliyi ilә vәkillәr çıxış yolu tapdı – zarafat deyil, vәkildirlәr
            axı! Çıxış yolu nәdәn ibarәtdir? Әvvәlcә hәr ikimiz, yәni mәn vә
            Birnbaum notariusa gedib kağıza imza atdıq. Kağızda yazılmışdı
            ki, biletin bizә heç bir aidiyyәti yoxdur, onu mәnә qardaşım
            Henex göndәrib – girov qoymaq üçün rahibdәn alıb. Mәn isә
            bileti girov qoyub Birnbaumdan iki yüz rubl almışam – әhvalat
            necә baş veribsә, kağızda da әksini tapıb. İlk baxışdan, sadә vә
            rahat görünür, yalansız-filansız! Hәqiqәtdәn yaxşı nә ola bilәr?
            Qәribәdir, bu, әvvәlcәdәn kimsәnin ağlına gәlmәmişdi! Başa
            düşürsünüz?.. Lakin bu, hәlә hamısı deyil! Yәni bununla mәn vә
            Birnbaum camaatın әlinә elә bir qamçı verәcәyik ki, bizi döysünlәr?
            Bәs uduşdan payımıza düşәn pulun taleyi necә olacaq? Vermәsәlәr,
            başımıza haranın külünü tökәcәyik? Qardaşımın insafına vә
            rahibin andına inanmaq olar? Bәs kağızı birlikdә imzalayıb
            qәdәh-qәdәhә vurmağımız, sizcә, boş şeydir? Kağızın qiymәti
            qәpik-quruşdur, qaldı içmәyә, tәki araq olsun, süfrә arxasında
            hәr gün yığışıb bala-bala gillәtmәk mümkündür. Bizim, yәni
            Birnbaumun vә mәnim istәyimiz nә idi? Zәmanәt!  Yәni bizә
            zәmanәt versinlәr ki, payımıza düşәni alacağıq... Başa düşürsünüz,
            ya yox? Bax elә bu mәqamda ara qarışdı, mәzhәb itdi! “Zәmanәt
            istәyirsiniz? Bu zәmanәt nәyinizә gәrәkdir? Havayı pul almağınız





             130
   125   126   127   128   129   130   131   132   133   134   135