Page 127 - Sholom_Aleyhem_Макет 1
P. 127
Yetmiş beş min
başqa bir şey bilmәyәn Birnbaumdan, qardaşım Henexdәn,
boğazımızda ilişib qalmış tıx – rahibdәn, boynuna xalta salınmış
varlı şәxsdәn, vәkillәrdәn, daha nә bilim kimlәrdәn danış... Bütün
bunları birnәfәsә söylәyәn adamda can qalar? Sizi әmin edirәm,
bu yetmiş beş min rubl mәsәlәsinә qәdәr çox sakit vә rahat
yaşayırdım! Açığını deyim, indi hәyatımı tәhlükәdә hiss edirәm.
Bu günlәrdә şәhәrә, vәkillәrin yanına getmişdim. Onlardan biri
guya mәni çaya dәvәt etmişdi. Mәn ora gәlәndә axşamdan xeyli
keçmişdi, süfrә arxasında bir tipin әylәşdiyini gördüm. Sәliqәli
saqqalından anladım ki, yәhudidir. Ayağa qalxıb salamlaşır,
papiros yandırır vә işığı söndürür... Başa düşürsünüz?.. Görürәm
ki, artıq gecdir, hәm dә, deyәsәn, tәlәsirsiniz, yoxsa bu әhvalatı
sizә nöqtә-vergülünә qәdәr danışardım. Hәlә bu harasıdır? Torbada
elә pişiklәr var ki... Başa düşürsünüz?
Qısa vә konkret, harda qalmışdıq? Hә, söylәdiyim әhvalatın
sonunda. Düşünürsünüz ki, bu, sondur? Hövsәlәnizi basın,
tәlәsmәyin. Bu, hәlә başlanğıcdır. Bәlkә dә, başlanğıca çox var!
Bu, sadәcә girişdir! Günah kimdәdir? Özümdә! Necә yәni
günahım nәdir? Eh, hardan bilim? Mәn adi adamam – bir dәri,
bir sümük, vәssalam! Әgәr alın yazım belәdirsә, demәk, әlim hәr
yerdәn üzülüb! Günahım nәdir ki, әgәr... Gәlin, hadisәlәri qabaqla-
mayaq, necә deyәrlәr, malı-mala qatmayaq. Yaxşısı budur, başıma
gәlәn әhvalatı sakitcә, tәlәsmәdәn söylәyim. Yәni siz bayaq
danışdığım әhvalatın sonunu eşitmәk istәyirsiniz, mәnim üçün
isә indi söylәyәcәyim, әslindә, sonun başlanğıcıdır...
Demәk belә, Allahın kömәkliyi ilә başlayaq. Yadınızdadırsa,
bileti böldük, hәrә payına düşәni aldı... Şübhәsiz, bu, tәlәm-
tәlәsik, әlüstü baş vermәdi, böyük söz-söhbәt, qalmaqaldan sonra
qismәn razılıq әldә olundu. Rahib dediyindәn dönmürdü: mәnә
vә Birnbauma niyә pul verilmәlidir? Qardaşım Henex isә istәyirdi
ki, mәn onun әdalәtliliyinә, xoş mәramına vә dәrrakәsinә arxalanım.
Birnbaum isә bağıra-bağıra qalmışdı: mәnә heç nә lazım deyil,
yalnız insanları toplayıb, onların fikrini öyrәnin! Görәk adamlar
nә mәslәhәt görәcәk? Başa düşürsünüz? Üç dәllal ortaya girdi,
әllәşdilәr, çalışdılar vә mәsәlәni yoluna qoydular. Әgәr xatırla -
127