Page 122 - Sholom_Aleyhem_Макет 1
P. 122

Şolom Aleyxem

                Dördüncü, yәni rahib, çoxdanın bәdbәxtidir!.. Üzünün suyu
            tökülüb, әslindә, ona inanmaq olar, çünki hәlә dә anlamır ki,
            niyә yәhudilәr ona mәxsus pulu bölüşdürür? Deyir: “Yaxşı,
            mәlum mәsәlәdir ki, Henex fırıldaqçıdır, belәsinin yeri mәhbәsdir,
            amma digәr tәrәfdәn, özümüzünküdür, tanışdır... Bәs yerdә qalan
            dәstә? Onların mәnim biletimә nә dәxli var?” Başa düşürsünüz?
            İndi gәl rahiblә dil tap, ona alicәnablığın nә demәk olduğunu
            başa sal: biri qardaşımdır, pulları elә qatlayıb cibinә qoyardı ki,
            kimsәnin ruhu incimәzdi, digәri әdalәtli cavan adamdır, әlindә
            qәbzi var, orda yazılıb ki, filan nömrәli, filan seriyalı bilet... Başa
            düşürsünüz? O, yәni Birnbaum nәyә iddialıdır? Bәyәm pul tәlәb
            edir? Kimdәnsә pul istәyir? Әsla! Bir arzusu var: adamlar necә
            deyirsә, elә dә olsun, yәni hәr kәsin rәyi soruşulsun! Başa
            düşürsünüz, qәlbindә adamlara hәdsiz sevgi hissi ilә yaşayır!
                Belә çıxır ki, dörd nәfәrin hәrәsi yetmiş beş min udub vә hәr
            biri yetmiş beş min itirib – dörd zavallı insan!..  Amma öz
            aralarında razılığa gәldilәr, demәli, mәsәlә bitdi! Görünür, qismәt
            belә imiş... İndi nә etmәliyik? Bileti bölmәliyik! Yәni dördümüz
            dә birlikdә banka gedib әvvәl bileti, sonra da uduşu almalı,
            hәrәnin payına düşәni vermәliyik. Düz demirәm? Lakin tәlәsmәyin,
            bu xәmir hәlә çox su aparacaq. Әvvәla, biletin üzәrindә müstәntiqin
            möhürü var, ona görә dә bileti, necә deyәrlәr, hәbsdәn qurtarmaq
            lazımdır. Rahib isә buna razı deyil. İnanmır ki, ona çatacaq payı
            alacaq. Başa düşürsünüz? Kim buna zәmanәt verә bilәr? Demәli,
            bileti varlı adamın hesabından çıxarıb rahibin vә qardaşım
            Henexin adına keçirmәk lazımdır. Lakin varlı adam bu barәdә
            eşitmәk belә istәmir. Bәlkә dә, haqlıdır, amma görün nә deyir:
                – Yad adamın biletinin mәnә nә dәxli? Biletә hәbs qoyulubsa,
            mәn necә әmr edә bilәrәm ki, yad adama mәxsus, üstәlik, yetmiş
            beş min udmuş bileti başqasının hesabına keçirsinlәr? Bilet
            sahibinin kim olduğunu da bilmirәm! Әvvәlcә bilet Birnbaumla
            Yankev-İosla mәxsus idi, indi deyirlәr sahibi Henex vә rahibdir.
            Mәn kimә inanım? Sonra mәlum olacaq ki, biletin yeni sahiblәri
            var, bu kağız parçası tamamilә başqa henexlәrә, rahiblәrә





             122
   117   118   119   120   121   122   123   124   125   126   127