Page 119 - Sholom_Aleyhem_Макет 1
P. 119

Yetmiş beş min

             – Hardan tapım? Mәndә pul nә gәzir?
             – Bәhanә lazım deyil! Necә yәni hardan tapım? İki yüz rubl!
          Özü dә tәcili!
             – Qәribә adamsan! – rahib deyir. – Sәnә deyirәm, pulum
          yoxdur, başa düşmürsәn. Biletim var, istәsәn, onu borc verә
          bilәrәm, apar girov qoy, pul götür...
             Başa düşürsünüz? Bax bu, hәmin biletdir! Yetmiş beş min
          udan bilet! Rahib belә deyir, gәl indi ona inanma! Bilet udan
          kimi rahib dәrhal qardaşımın yanına gәlib deyir:
             – Allaha şükürlәr olsun, bilet böyük pul udub...
             – Bәli, – qardaşım cavab verir, – udub...
             – Bәs indi necә olacaq? – rahib soruşur.
             – Necә olmalıdır ki? – qardaşım xәbәr alır...
             Zarafat bir yana, başlayırlar mәsәlәni xırdalamağa, o, bir
          söz, bu, bir söz, birinin söylәdiyi digәrinin boğazından keçmir.
          Mәsәlә burasındadır ki, ortada heç bir qәbz-filan yoxdur!
          Qardaşımın әlindә bilet var, bәs rahibin? Başağrısından başqa
          heç nә!.. Nә isә, rahib qardaşımdan bir neçә min rubl pul istәyir.
          Qardaşımda ağıl nә gәzir? Ay sәfeh, ona bir neçә min ver, ağzı
          yumulsun, әl çәksin yaxandan! Qardaşım da tәrsin yekәsidir,
          dediyindәn dönmür: “Ona niyә pul vermәliyәm? Bilet mәnimdir!
          Özüm pul verib almışam!..”
             Bizim yәhudilәr,  Allah onlara uzun ömür versin, işә
          qarışmasaydılar, bәlkә dә, mәsәlәni yoluna qoymaq olardı!
          Qardaşımın yaşadığı yer dә qәribә mәkandır, bәlkә, eşitmisiniz,
          Pişi-Yabeda! Adından da görünür, fırıldaqçılar, möhtәkirlәr vә
          donos yazanlarla doludur, görüm onları cәhәnnәm odunda
          yansınlar! Gedib rahibi başa salırlar ki, bu işdәn pul iyi gәlir,
          yәni babat qazanmaq olar. Üstәlik, mәslәhәt verib yol göstәrirlәr
          ki, vaxt itirmәdәn şәhәrә getsin, prokurora әrizә yazsın: filan-
          filan hadisә baş verib, yәhudilәr ona fırıldaq gәlib, aldadıb biletini
          әlindәn alıblar, bilet dә yetmiş beş min rubl udub, indi dә bileti
          qaytarmaq istәmirlәr... Başa düşürsünüz? Siz rahibi nә bilmisiniz,
          tәnbәllik elәmәyib üz tutur şәhәrә, hara lazımdırsa, müraciәt





                                                              119
   114   115   116   117   118   119   120   121   122   123   124