Page 123 - Sholom_Aleyhem_Макет 1
P. 123
Yetmiş beş min
mәxsusdur! Әgәr hәmin adamlar qapıma dirәnib hәr biri mәndәn
yetmiş beş min tәlәb etsә, onlara nә cavab verәcәyәm? Әzizlәrim,
o qәdәr pulu hardan tapım? Mәn sizin üçün milyoner Brodski
deyilәm!
Başa düşürsünüz, ya yox? Ortaya vәkillәr girdi. Sizә bir söz
deyim: bu vәkillәr hәkimlәrә bәnzәyir. Biri digәrini tәkzib edir!
Pul almağı hamısı sevir, amma mәslәhәtlәri fәrqlidir. Vәkillәrdәn
biri deyir ki, varlı adam bileti istәdiyi şәxsә verә bilәr... Başqa
vәkil isә bildirir ki, onun belә hüququ yoxdur... Üçüncü vәkilә
müraciәt edirik: “Bileti mütlәq vermәlidir, yoxsa başını cәncәlә
salacaq, – deyir. Dördüncü vәkil isә belә deyir: qoy varlı adam,
ümumiyyәtlә, biletdәn imtina etsin, әn düzgün yol budur!.. Başqa
vәkil mәsәlәyә qoşulur: Allah qorusun! Әgәr varlı adam biletdәn
imtina etsә, bu kağız parçası havadan asılı qalacaq, axırı pis
olacaq! Bir başqa vәkil әmin edir ki, varlı adam biletdәn imtina
etsә, başını dәrdә soxacaq! Digәr vәkil görün nә deyir: varlı
adam biletdәn imtina etsә dә, etmәsә dә, mәhkәmә qarşısında
cavab vermәli olacaq!.. Başa düşürsünüz, ya yox? Lakin mәnә
elә gәlir ki, varlı adamın başı artıq dәrddәdir, çünki hәr hәftә
şәhәrә gedir, vәkillәrin qapısını döyüb xeyli miqdarda pul ödәyir,
yalvarır ki, ona rәhm edib bәladan qurtarsınlar, çıxış yolu
göstәrsinlәr. Vallah, bu zavallıya yazığım gәlir! Aydan arı, sudan
duru, sakit bir adamı durduğu yerdә cәncәlә salıblar, sanki
boynuna bir yekә xalta asılıb, ora-bura sürüyürlәr, zavallı bu
xaltadan qurtula bilmir! Nәyә görә? Sәbәb nәdir? Hansı günahın
sahibidir? Adamlara yaxşılıq etdiyinә görә bu günә düşüb? Başa
düşürsünüz, ya yox?.. Bağışlayın sizdә xalta olmaz?... Tfu!
Papiros demәk istәyirdim...
Qısa vә konkret, harda qalmışdıq? Hә, varlı adamın boynuna
salınmış xaltada!.. Yәqin, bilmәk istәyirsiniz ki, xaltanın taleyi
necә oldu? Heç necә! Hәlә dә asılıb!.. Varlı adam hәr hәftә
şәhәrә, vәkillәrin yanına gedir, vәkillәr dә pulunu alıb mәslәhәt
verirlәr – biri belә deyir, digәri tәkzib edir, bir başqası tamam
fәrqli şeylәr söylәyir, dördüncüsü, ümumiyyәtlә, sәrsәm tәkliflәr
123