Page 112 - Sholom_Aleyhem_Макет 1
P. 112

Şolom Aleyxem

                – Soyuq... yәni qaynar içә bilmirәm. Xoşum gәlir ki, çay
            yerdәmi alsın, qaynar... yәni soyusun, әvvәl lap isti olsun, sonra
            da yavaş-yavaş soyusun...
                – Reb Yankev-İosl, nәsә yaman dalğınsınız! – qadın bildirir. –
            Elә fikirlisiniz ki, nә danışdığınızı da bilmirsiniz. Yәni kisәlәrin
            oğurlanması sizә belә tәsir edib? Qәm yemәyin, Allahın kömәyi
            ilә bir gün tapılar. Eşitmişәm, izinә düşüblәr... Aha, kişi yerindә
            qurcuxur, deyәsәn, oyanıb. Budur, özü dә gәldi!
                Birnbaum yataq otağından çıxır, yuxulu gözlәrini ovuşdurub
            altdan-altdan mәni süzür.
                – Nә var, nә yox, reb Yankev-İosl?
                Ağlıma gәlәn ilk fikir: Bilir?  Yoxsa xәbәrsizdir? Mәncә,
            bilmir. Bәlkә, xәbәr tutub?
                – Allah deyib durmuşuq, – cavab verirәm. – Yәqin, kisәlәrlә
            bağlı başıma gәlәn müsibәti eşitmisiniz?
                – Әşi, bu, köhnә söhbәtdir, tәzәlәmәk vaxtı çoxdan çatıb.
            Feygele, ordan mürәbbә gәtir...  Yuxudan sonra ağzım zәhәr
            dadır! – Birnbaum arvadına sәslәnib üzünü turşudur.
                “Hә... Әgәr könlünә mürәbbә düşübsә, demәli, mәsәlәdәn
            xәbәrdar deyil...” – düşünüb sәfeh-sәfeh şeylәr barәdә danışmağa
            başlayıram.  Amma hiss edirәm ki, söhbәt alınmır. Qarnım
            quruldayır, boğazım quruyub, taqәtdәn düşmüşәm, başım gicәllәnir,
            sanki indicә yerә yıxılıb bağıracağam: “Mәnә rәhminiz gәlsin!
            Kömәk edin! Yetmiş beş min!” Başa düşürsünüz, ya yox? Nәhayәt,
            deyәsәn, Allahın mәnә rәhmi gәldi, faiz söhbәtini ortaya atdım.
                – Pan Birnbaum, bir qәdәr faiz ödәyә bilәrәmmi? Yәni sizә
            çatacaq faizlәri vermәk istәyirәm.
                – Etirazım yoxdur! Çox yaxşı fikirdir! – mürәbbәdәn bir
            qaşıq ağzına qoyur.
                – Nә qәdәr ödәmәliyәm?
                – Miqdarını öyrәnmәk istәyirsiniz, yoxsa pulu ödәyәcәksiniz?
                – Yox, – deyirәm, – nağd pul ödәmәyi düşünürәm.
                – Feygele, dәftәri bәri ver...
                Bu sözlәri eşidәn kimi sanki dirildim: bu zavallının heç
            nәdәn xәbәri yoxdur!




              112
   107   108   109   110   111   112   113   114   115   116   117