Page 108 - Sholom_Aleyhem_Макет 1
P. 108

Şolom Aleyxem

                – Ciddi sözündür, Yankev-İosl, yoxsa mәni әlә salırsan?
                – Necә yәni, – deyirәm, – әlә salırsan? Ciddi sözümdür. Bizә
            tәbrik düşür, pul udmuşuq!
                – Nә qәdәr udmuşuq? – arvadım soruşur vә gözlәrimin içinә
            baxıb sanki demәk istәyir: “Әgәr yalan çıxsa, canını alacağam!”
                – Sәncә, nә qәdәr udmuşuq?
                – Bilmirәm, – arvad deyir. – Yәqin, bir neçә yüz rubl, hә?
                – Bir neçә min rubl istәmirsәn?
                – Bir neçә min, yәni nә qәdәr? Beş? Yoxsa altı? Bәlkә, yed-
            di?
                – Ağlından daha böyük mәblәğ keçmir?
                – On min? – arvadım soruşur.
                – Bir az da çox!
                – On beş?
                – Üstünә gәl!
                – İyirmi, iyirmi beş?
                – Azdır, yenә artır!
                – Yankev-İosl, – arvadım deyir, – söylә, ürәyimi üzmә!
                – Sipoyra! – әlini sıxıram. – Bir qucaq pul udmuşuq!
            Başımızdan var-dövlәt tökülüb! Bu qәdәr pulu heç yuxunda da
            görmәmisәn!
                – Tez ol, de görüm, nә qәdәr udmuşuq, indi ürәyim partlaya-
            caq!
                – Nә qәdәr? – deyirәm, – nә cibimizә, nә dә qucağımıza
            yerlәşәr, düz yetmiş beş min rubl!
                – Şükür, ilahi! Var ol, Allahım! – arvadım dua edә-edә otaqda
            vurnuxmağa başlayır. – Sәnә baş әyib sәcdә qılıram, ilahi! İsti
            nәfәsini bizdәn әsirgәmәdiyin üçün minnәtdaram! Ailәmizә böyük
            xoşbәxtlik bәxş etdiyin üçün ayaqlarına düşürәm,  Allahım!
            Ömrüm boyu sәnә dua edәcәyәm!  Yankev-İosl, yaxşı-yaxşı
            baxmısan, sәhv etmirsәn ki?  Allahım, sәn hamıdan ucasan,
            rәhmdilsәn, çox sağ ol ki, bizi darda qoymadın! İlahi, xoşbәxtliyә
            bax, qoy dostlar sevinsin, düşmәnlәrin gözü çıxsın! Bu pul lap
            göydәndüşmә oldu! İlahi, bizi bәdnәzәrdәn qoru! Yankev-İosl,
            nә qәdәr dedin? Yetmiş beş min rubl?




             108
   103   104   105   106   107   108   109   110   111   112   113