Page 104 - Sholom_Aleyhem_Макет 1
P. 104

Şolom Aleyxem

            baum mәndәn cәld vә ağıllı tәrpәndi, ondan filan seriyalı vә
            nömrәli biletin beş ay müddәtinә girovluğu әsasında iki yüz rubl
            almağım barәdә qәbz yazdırdı. Üstәlik, qeyd etdi ki, әgәr göstәrilәn
            tarixdә iki yüz rublu qaytarmasam, filan seriyalı vә nömrәli bilet
            onun malı hesab edilәcәk vә mәn bu biletә bütün iddialardan
            mәhrum olacağam... Başa düşürsünüz, ya yox? Bu qәbzi yazanda
            hara baxırdım? Allah sanki ağlımı әlimdәn almışdı. Fikirlәşirdim:
            “Nәdәn qorxmalıyam? İki yol var: pulu vaxtında qaytarıb bileti
            geri alıram vә hәrә öz yoluna davam edir. Yaxud vaxtında qaytara
            bilmәsәm, faizlәri ödәyәrәm, borc yiyәsi dә gözlәyәr”. Niyә dә
            gözlәmәsin? Onun üçün nә fәrqi? Tәki faiz gәlsin! Başa düşürsünüz,
            ya yox?
                Hәqiqәtәn, vәdә yetişdi vә mәlum mәsәlәdir ki, faizlәri
            nәzәrә almasaq, pulu ödәyә bilmәdim. Beş ay, sonra yenә beş ay
            ötdü, günlәr, hәftәlәr bir-birinә calandı vә iki il beş ay keçdi.
            Faizlәri dә hәrdәn ödәyirdim, hәrdәn yox! Nәdәn qorxmalıyam?
            Bileti satar? Kimsәyә sata bilmәz! Axı niyә satsın? O vaxt belә
            filirlәşirdim, bәlkә dә, ümumiyyәtlә, bu barәdә düşünmürdüm...
            Yeri gәlmişkәn, çox çәtin dövran yetişdi, iş-güc yox, bir ayda da
            hәftәlәrin sayı dәyişmәz qalıb, dәrd-sәr sovuşmaq bilmir. Nә
            etmәli, başqa çarә var? Qüssә, kәdәr adamla yanaşı addımlayır,
            әşi... tәki can sağ olsun! Bu minvalla yaz gәldi...
                Pasxa bayramı әrәfәsindә  Allah mәnә qazanmaq imkanı
            yaratdı: bir neçә vaqon darı aldım. Sonra darının qiymәti qalxdı
            vә mәn malı satıb bir az pul qazandım. Pasxa bayramını elә
            tәntәnәli keçirdik ki, hәtta Brodski dә mәnә hәsәd apara bilәrdi!
            Zarafat deyil, kimsәyә borcum yox, cibimdә dә xeyli nağd pul!
            Mәnimlә kim bәhsә girә bilәr? Başa düşürsünüz, ya yox? Demәli,
            belә, ay sәrsәm, ay ağılsız  Yankev-İosl, yaxşı imkan düşüb,
            qaytar Birnbaumun iki yüz rublunu vә biletini geri al da! Yox!
            Fikirlәşdim ki, bәyәm qaçaqaçdır? Hara tәlәsirәm? Birnbaum
            bileti götürüb aradan çıxası deyil ki? Pasxadan sonra o qәdәr boş
            vaxtım olacaq, borcu qaytararam da! Yaxud faizlәri ödәyib qәbz
            alaram... O vaxt belә düşünürdüm, bәlkә dә, ümumiyyәtlә, heç
            nә barәdә fikirlәşmirdim. Başa düşürsünüz?




             104
   99   100   101   102   103   104   105   106   107   108   109