Page 103 - Sholom_Aleyhem_Макет 1
P. 103

Yetmiş beş min

          yoxdur! Çarә nәdir? Necә deyәrlәr, insan zülmә tabedir. Sizә bir
          sirr açım: dünyada kasıbçılıqdan yaxşı vә sakit heç nә yoxdur –
          qayğısız yaşayırsan, xәrcin-borcun yox, özünü oda-suya vurmursan,
          sәhәrdәn-axşamacan vurnuxmursan! Lakin uca göylәrdәn bizә
          göz qoyan Allah var vә yaradan belә söylәyir: “Yankev-İosl, sәn
          niyә sakit yaşayırsan, acı çәkmirsәn? Lotereya biletin var? Al,
          bu, sәnә yetmiş beş min, qıvrıl әzablar içindә!..” Başa düşürsünüz,
          ya yox?.. Sizdә bilet var?.. Tfu! Papiros demәk istәdim...
             Qısa vә konkret, harda qalmışdıq? Deyәsәn, biletdә. Elә
          bilirsiniz hәr şey göründüyü kimi sadәdir? Adamın әlindә bilet
          var vә o, yetmiş beş min udur. Bir dәqiqә hövsәlә edin! Әvvәla,
          bilet adamın nәyinә gәrәkdir? Cavab verirәm: bileti banka girov
          qoyub pul götürmәk olar. Ay axmaq, ay Yankev-İosl, nә durmusan,
          bileti apar banka, pul götür!  Amma mәsәlә burasındadır ki,
          әvvәla, bizim qәsәbәdә bank yoxdur, ikincisi dә bank nәyimә
          gәrәkdir? Mәgәr bank istәsә, müflis ola bilmәz? Dünyada hәr
          şeyin bәdәlini ödәmәli olursan. Düzdür, әlindә olanı qapıb
          almırlar, amma mәnim biletim kimә lazımdır axı? Başa düşürsünüz,
          ya yox? O vaxt belә fikirlәşirdim, bәlkә dә, ümumiyyәtlә, heç nә
          barәdә düşünmürdüm. Qәrara gәldim: evimdә kirayәnişin yaşayır,
          cavandır, sәlәmә pul verir, alicәnab adamdır – bileti niyә onun
          yanında girov qoymayım? Biletә görә mәnә iki yüz rubl versin,
          bu pulu alım! Niyә dә almayım? Belәliklә, gәlirәm kirayәnişinin
          yanına, adı Birnbaumdur, deyirәm: “Pan Birnbaum, biletimi
          girov qoysam, mәnә iki yüz rubl verәrsinizmi?” Cavabında
          bildirir: “Bileti girov qoysanız, sizә iki yüz rubl verәrәm!”
          Soruşuram: “Faizini neçәdәn hesablayacaqsınız?” “Neçәdәn
          istәyirsiniz?” Deyirәm: “Hardan bilim? Bank faizi ilә hesablayın”.
          “Yaxşı, bank faizi ilә hesablayaram...”
             Bir sözlә, faiz barәdә razılığa gәlib bileti beş ay müddәtinә
          girov qoydum vә iki yüz rubl götürdüm. Başa düşürsünüz, ya
          yox? Mәn axmağın, eşşәk boyda Yankev-İoslın heç ağlına da
          gәlmәdi ki, qәbz alım. Qәbzdә dә yazılsın: filankәs filankәsov,
          filan seriyalı vә nömrәli bileti filankәsin yanında girov qoydu!
          Yox! Qәbzdәn söz salmadım! Ağlım var ki? Amma o, yәni Birn-




                                                              103
   98   99   100   101   102   103   104   105   106   107   108