Page 101 - Sholom_Aleyhem_Макет 1
P. 101

Yetmiş beş min

             Әvvәlcә özümü tәqdim edim, kimәm, nәçiyәm? Durub
          yalandan öyünüm ki, böyük alim, zәngin iş adamı, yaxud müdrik
          filosofam? Yox, gördüyünüz kimi, başqalarından fәrqlәnmәyәn,
          tәsәrrüfatla mәşğul olan sıravi birisiyәm – malikanәm var,
          adamların az-çox hörmәtini qazanmışam. Başa düşürsünüz, ya
          yox?.. Düzdür, bir vaxtlar imkanlı idim, pulumu balta kәsmirdi.
          Bәli! Yәni nә qәdәr? Etiraf edim ki, milyonçu Brodskinin pulu
                                                             1
          mәndәn çoxdur. Amma nә fayda? O bәdbәxtin başqa nәyi var ki?
          Mәn isә qara gün üçün bir neçә min rubl dala atmışdım. Necә
          deyәrlәr,  Allahın rәhmi gәldi, yolumu açdı, nәfsimi saxlaya
          bilmәyib acından ölәn quberniyalarla taxıl alverinә girişdim...
          axırda da qara qәpiyә möhtac qaldım. Xoşbәxtlikdәn, tam müflis
          olmaqdan güclә qurtuldum. Düşünürsünüz, pullar әlimdәn çıxandan
          sonra mәndә ruh düşkünlüyü yarandı? Әgәr belә qәnaәtә
          gәlmisinizsә, demәli, mәni әmәlli-başlı tanımırsınız! Mәlumunuz
          olsun ki, pul mәnim üçün... necә izah edim... bax, bu papirosun
          külü kimidir.  Yәni pul hәyatımda, ümumiyyәtlә, heç bir rol
          oynamır! Әlbәttә, belә demәk mümkünsә... Razıyam, pul şirin
          şeydir, amma bir parça kağıza görә özünü riskә atıb canını fәda
          etmәyә dәymәz! Acınacaqlısı budur ki, arzular puça çıxır, hәyatda
          layiq olduğun mövqeyә yüksәlmәkdә aciz qalırsan, özünü qısıb
          istәdiyin qәdәr pul xәrclәmәkdәn çәkinirsәn, başqalarına kifayәt
          qәdәr maddi yardım göstәrә bilmirsәn. Bәzәn kimәsә müraciәt
          edirlәr ki, şәhәrә yardım üçün üç rubl versin. İnanın, belә
          müraciәtlәri eşidәndә xәcalәtimdәn yerә girirәm! Özümü söyürәm
          ki, ay zavallı, gör nә günә qalmısan? Üç rubl nәdir ki, onu da
          tapa bilmirsәn, cibindә siçan oynayır! Başa düşürsünüz, ya yox?..
          Pulsuzluq üzündәn arvaddan gecә-gündüz danlaq eşitmәyә
          razıyam, amma cibimdә, heç olmasa, iki qәpik varsa, onu mütlәq
          dilәnçiyә verәcәyәm. Anlayırsınız? Mәn dә belә axmağam da!
          Üzr istәyirәm, sizdә iki qәpik... Tfu! Kibrit demәk istәyirdim,
          papirosu yandırmağa!



          1 Brodski – Böyük Oktyabr sosialist inqilabından әvvәl Kiyevdә iri şәkәr
          zavodlarının sahibi


                                                              101
   96   97   98   99   100   101   102   103   104   105   106