Page 113 - Sholom_Aleyhem_Макет 1
P. 113
Yetmiş beş min
Faizlәri ödәyib ona müraciәt edirәm:
– Pan Birnbaum, zәhmәt olmasa, dәftәrә qeyd edin ki, mәnim
iki min iki yüz sәksәn doqquz seriyalı, on iki nömrәli biletim
üzrә faizlәri qәbul etdiniz.
– Feygele, – arvadına deyir, – yaz! İki min iki yüz sәksәn
doqquz seriyalı, on iki nömrәli bilet.
“Heç nәdәn xәbәri yoxdur!” – düşünüb biletdәn söhbәt
salıram. Deyirәm ki, bileti girov qoyub faiz ödәmәyin mәnası
yoxdur. Bәs biletin sonrakı taleyi necә olacaq?
– Nәyә işarә edirsiniz? – soruşur vә gözünü qıyıb mәnә
baxır.
Bu baxışdan ürәyim düşdü, bәdәnim әsdi, başa düşürsünüz,
ya yox? Ancaq dәrhal özümü әlә alıb dedim:
– Pan Birnbaum, bilirsinizmi, sözümü ona gәtirirәm ki, bilet
mәsrәf tәlәb edir. Pulu vaxtında ödәdiyim üçün faizi bir qәdәr
azalda bilәrdiniz. Necә dә olsa, köhnә tanışlarıq, yaxın qonşuyuq...
– Әsla! – cavab verir. – Nә istәyirsinizsә xahiş edin, ancaq
bunu yox! Faizi azaltmaqdan söhbәt gedә bilmәz! Başqa variant
da var: pulumu qaytarın, bileti başqa adamın yanında girov
qoyun!
– Elә günü bu gün? – soruşuram, ürәyim isә saat kimi sürәtlә
döyünür: Tik-tak! Tik-tak!
– Bәli, dәrhal! – deyir.
– Buyurun, bu da borcunuz! – iki yüz rublu ona uzadıram,
ürәyim az qalır partlasın!
– Pulları tәhvil al! – Feygeleyә deyir, sonra isә ağzına bir
qaşıq mürәbbә qoyub çay içir. Yenә mürәbbәdәn yeyib, çaydan
içir. Mәn biletimi görmәyә darıxıram, o isә mürәbbәni acgözlüklә
yeyir! Hәr saniyә mәnә canım, qanım bahasına başa gәlir! Başa
düşürәm ki, eşşәklik elәmәyin yeri deyil: bu adam mürәbbәni
çox sevir, qoy lәzzәt alsın! Yaxasından yapışıb bileti tәlәb etmәk
dә düzgün deyil... Necә deyәrlәr, iynә üstündә oturub mürәbbә
kefinin bitmәsini gözlәmәk lazımdır. Başa düşürsünüz, ya yox?..
Bağışlayın, sizdә bir az mürәbbә olmaz? Tfu! Papiros demәk
istәyirdim...
113