Page 90 - Sholom_Aleyhem_Макет 1
P. 90

Şolom Aleyxem

            küncә qısılıram, hә? Sizi and verirәm, bunu eşitmәk gülünc,
            danışmaq isә utancvericidir: hәtta bilmirәm neçә uşağım var,
            adları nәdir? Böyüksüz ailә, atasız övlad pis şeydir!
                Bir evimi görәydiniz, göz dәymәsin, top vursan, dağılmaz!
            Amma yiyәsi olmayanda bütün bunlar әhәmiyyәtini itirir. Ev
            gecә-gündüz qaynar qazan kimi qaynayır, sәs-küydәn qulaq
            tutulur, ilahi, sәn özün kömәk ol! Zarafat deyil, üç arvaddan on
            bir uşaq,  Allah saxlasın! Biri çay içir, biri yeyir. Mәn dua
            oxuyuram, uşaqlardan kimsә yatmaq istәyir. Çörәk gәvәlәyәn
            kim, duzlu balıq istәyәn kim! Xama verirsәn, kәnara itәlәyib
            xorla bağırırlar: “Әt! Әt yemәk istәyirik!” Süfrә arxasına keçirsәn,
            çörәk doğramağa bıçaq tapmırsan, balacalar kirimәk bilmir, elә
            hey dalaşırlar, adam başını götürüb qaçmaq istәyir! Niyә? Çünki
            uşaqlarla mәşğul olmağa vaxtım yoxdur, arvadımın isә, göz
            dәymәsin, xasiyyәti çox yumşaqdır, uşaqlarla sәrt rәftar edә
            bilmir. Onlarla rәftarı da bacarmaq lazımdır. Üzünә güldün, çıxıb
            oturacaq başında...
                Düzdür, arvadım qışqırır, tәnbeh edir, çimdiklәyir, әtini didir,
            xeyri nәdir? Anadır da! Ana heç vaxt atanı әvәz edә bilmәz! Ata
            uşağı yerindә oturdar, lazım gәlәndә bir şapalaq da ilişdirәr.
            Yadımdadır, atam mәni kәmәrlә o qәdәr çırpıb ki! Bәyәm atanız
            sizi döymәyib?  Valideyn ancaq bizim yaxşılığımızı istәyib!
            Bilmirәm, atanız sizә şapalaq ilişdirmәsәydi, axırınız necә olardı?
            Hara tәlәsirsiniz? Sözümü bitirirәm. Bunları ona görә danışıram
            ki, hәyat tәrzimi tәsәvvür edәsiniz. Elә bilirsiniz, pulumun,
            әmlakımın sayından xәbәrim var? Bәlkә, varlı adamam, çox
            zәnginәm! Bәlkә dә, amma söz aramızda qalsın, müflis olmuşam.
            Haradan bilim? Gecә-gündüz yırtığa yamaq tikmәklә mәşğulam:
            haradasa deşik әmәlә gәlib, onu yamayıram, burada deşik var,
            yamaq atıram! Әlac nәdir? Azdır, çoxdur – kimin nә vecinә?
                Qıza cehiz vermәli deyilsәn? Allaha qurban olum, o qәdәr
            qız payı göndәrib ki! Başınıza gәlsin! Üç qızınız olsun, yetkin
            yaşda, üçünü dә eyni gündә әr evinә köçürәsiniz! Baxmaq
            istәyәrdim, görüm bircә gün evdә dinc otura bilәrsinizmi? İndi
            anladınız ki, niyә arı kimi dinclik bilmirәm? Buradan ora, oradan
            bura! Mәsәlәn, qatarla gedәndә soyuqlaya bilәrsәn, yaxud




              90
   85   86   87   88   89   90   91   92   93   94   95