Page 85 - Sholom_Aleyhem_Макет 1
P. 85
Üç təqvim
Nәhayәt, mәni haqlayır. Heç yaxşı iş olmadı! Hәr şey Allahın
әlindәdir! Haqlayıbsa, әlac yoxdur, ayaq saxlamalıyam. Çevrilirәm.
General nә gәzir? Heç izi-tozu da yoxdur! Dalımca gәlәn
“Fankoni”dә çalışan qarsonlardan biridir, ona-buna qәhvә gәtirir.
Qolundan salladığı ağ dәsmalı qoltuğuna vurub lәhlәyә-lәhlәyә
gәlir, tez-tez tәrini silir.
– Lәnәtә gәlәsәn! – qarson mәnә yaxınlaşır. – Keçi kimi nә
tullana-tullana gedirsәn? Gedәk, general çağırır!
– Hansı general? – soruşuram. – Hardan bilirsәn ki, mәni
çağırır?
– Necә yәni hardan? Kar deyilәm ki! General dedi: “Odur,
kitabsatan yәhudi, gedir. Qaç, onu çağır, bura gәtir!”
Düşünürәm: “Әgәr belәdirsә, demәli, hәlә axırım çatmayıb.
Ölüm mәlәyi yanımdan ötüb. Nәsә, çarә tapmaq olar”. Hәmin an
beynimdә yeni plan yaranmağa başlayır: “Dayan! Bәlkә, Allahın
kömәyi ilә üçüncü tәqvimi dә xırıd edә bildim?”
Bunu düşünüb alnımı ovuşdurdum.
– Bunu bayaqdan de dә! – bildirdim. – Yoxsa başlamısan...
De ki, tәqvim alan generaldır da!.. Qәribә generaldır! Bir tәqvimә
görә sәhәrdәn baş-beynimi aparıb, boğaza yığıb mәni, qiymәt
öldürür. Bir rublluq tәqvimә әlli qәpik verir. Әvvәl yetmiş beşә,
sonra yetmişә, axırda altmış qәpiyә razılaşdım ki, әl çәksin! Yox!
İki ayağını bir başmağa dirәyib. Әlli qәpik! Vәssalam! Әgәr
axırıncısı olmasaydı, heç bir qara qәpik dә düşmәzdim! Amma
nә edim? Görürsәn, bir dәnә qalıb, әlli qәpik ödә, apar ver
generala!
Generalın adını bu gün dә bilmirәm. Amma düşünürәm ki,
hәmin o Tolmaçovdur. Yoxsa, ümumiyyәtlә, yәhudilәrә, xüsusәn
dә yәhudi millәtindәn olan sәyyar satıcılara qarşı aşıb-daşan
qәzәb vә nifrәt haradandır onda? Bu nifrәti dә, әsasәn, bizim –
küçәdә qәzet vә kitabsatanların üstünә yönәldib. Bu günә qәdәr
burnumuzu deşikdәn çıxara bilmirik, yәhudi qәzetlәrini qaçaq vә
oğurluq mal kimi gizlincә satırıq. Belә satışdan nәsә qazanmaq
olar? Heç düşmәnimә dә belә qazanc arzulamıram. Ona görә dә
85