Page 83 - Sholom_Aleyhem_Макет 1
P. 83
Üç təqvim
basmışamsa, görünür, taleyim belә yazılıb, nә olacaqsa-olsun,
vecimә deyil!
Yarım dәqiqә keçmәmiş qapı açıldı, cavan, gözәl, mәlәk
kimi bir xanım peyda oldu. Yәni bu xanım generalın arvadıdır?
Çox cavandır axı? Bәlkә, qızıdır? Yox, qızı da ola bilmәz! Çünki
hәddindәn artıq cavandır, lap ağzından süd iyi gәlir! Xanım
xәbәr alır:
– Nә lazımdır?
Fikirlәşirәm ki, nә deyim? Ona “әlahәzrәt xanım” deyә
müraciәt edim? Yәni, doğrudan, arvadıdır? Bәlkә, arvadı deyil?
Boş-boşuna niyә ona “әlahәzrәt xanım” deyә müraciәt edim?
Birbaşa keçirәm mәtlәbә!
– Mәsәlә belәdir, – deyirәm. – General mәndәn tәqvim aldı
vә demәli, göstәriş verdi ki, tәqvimi evә çatdırım, Xersonskaya,
nömrә üç. Pulu burda vermәlidirlәr. Әgәr inanmırsınızsa, general
әmr etdi sizә çatdırım ki, bu gün qraf Pusin-Muşkin sizdә nahar
edәcәk.
– Pusin-Muşkin yox, Musin-Puşkin, – generalın xanımı güldü.
Düşünürәm: “Güldüsә, demәli, ox hәdәfә dәyib” vә cavab
verirәm:
– Mәnim üçün nә fәrqi var: Pusin-Muşkin, ya Muşkin-Pusin.
Әsas odur ki, nahar barәdә dediklәrim hәqiqәtdir! – vә tәqvimi
ona uzadıram.
Xanım tәqvimi әlinә alıb oyan-buyanına baxır vә tәqvimin
qiymәtini soruşur. Mәn dә söylәyirәm. Tәqvimin pulunu ödәyir,
gülümsәyib sağollaşır. Bu, “sәnә yaxşı yol” demәkdir!
Әcәb canalan xanımdır! Qız deyil, qızıldır! Belә gözәlә görә
canını da versәn, “uf” demәzsәn!
Demәli, ikisini xırıd etdim, qaldı biri. İndi evә gedib sakitcә
toqqanın altını bәrkitmәk olar.
Nahardan sonra bir az dincәldim vә yenә içim qaynamağa
başladı: ikisini satdım, amma biri hәlә dә qalıb! Kaş onu da әridә
bilәydim! Әşi, vaxtı keçmiş tәqvim kimin nәyinә lazımdır? Hә,
әlac yoxdur, gәrәk kimәsә sırıyım! Ancaq necә? Birjaçıların
hamısına tәqvim satmışam. Şәhәrә çıxıb bir dә dolaşmaq lazımdır.
83