Page 78 - Sholom_Aleyhem_Макет 1
P. 78
Şolom Aleyxem
ayrılır, nәsә çıxır, göylәrә qalxıb gözdәn itir, Xaym yüngüllәşir...
Dәrindәn nәfәs alıb buraxır vә uzun-uzadı zarıyır. Sonra bütün
hissiyyatı itir, tamam yox olur...
Şişkin dodaqlı, kürәn saçlı xidmәtçi Bere ayağında cırıq
corabları ilә sinaqoqa girәndә gördü ki, Xaym Xaykin oturduğu
yerdә divara söykәnib, başını aşağı dikib vә gözlәrini yumub.
Dilxor oldu, elә bildi ki, Xaym mürgü döyür, әsәbilәşib deyinmәyә
başladı:
– Bunun hәyasızlığına bir baxın!.. Yatmağa yer qәhәtdir?..
Sanki qraf Pşanqutskidir! Hәtta o da bu qәlәti elәmәzdi!.. Deyәsәn,
yaxşıca yeyib-içib... İndi dә gәlib yuxusunu almağa... Reb Xaym,
oyanın! Ay reb Xaym!.. Eşidirsiniz?.. Reb Xaym!..
Qüruba yuvarlanan günәşin pәncәrәdәn düşәn son şüaları
Xaym Xaykinin üzünә, parıltılı, qara qıvrım saçlarına, qara qalın
qaşlarına, aclıqdan donmuş mәrhәmәtli yarıaçıq gözlәrinә düşdü.
Onun cansız, aclıqdan ağarmış sifәti işıqlandı.
Bәli, Xaym Xaykinin orucu yüngül keçdi.
78