Page 74 - Sholom_Aleyhem_Макет 1
P. 74
Şolom Aleyxem
başlayır. – Dünyanın bütün dәrd-sәri, bәlaları acgözlükdәn,
yemәyә hәrislikdәn vә insanın qarınqulu olmasından irәli gәlir.
Qarnımı doldurmaq hәrisliyinә, yemәyin quluna çevrildiyimә
görә yoxsulluq içindә yaşayıram, övladlarım isә bir tikә çörәk
üçün qan-tәr töküb çalışır, hәyatlarını riskә atırlar”.
“Әgәr adam yemәk istәmәsәydi, nә baş verәrdi? Hәr şey
gözәl olardı! Uşaqlar da işә getmәyib evdә oturardı! Ümumiyyәtlә,
işlәmәyә ehtiyac qalmazdı! Tәr tökmәyә lüzum yox! Nümayişә
çıxmaq da lazım deyil! Hәyatın risk altında qalmayacaq! Tәsәvvür
edin, fabriklәr, sahibkarlar yox! Nә dövlәtli var, nә kasıb!
Qarşıdurma yaranmır! Yox, yox, yox! Cәnnәt! Yer üzü әsl cәnnәtә
çevrilәrdi!”
Xaym Xaykin belә düşünür, xәyala dalır, ürәyi mәrhәmәt
hissi ilә coşur. İnsan heyvandan çox da uzağa gedә bilmәyib, bu
fikir qәlbini dağlayır...
Mәsәlә elә sizә söylәdiyim kimidir, Xaym Xaykinin oruc
tutduğu günlәr onun hәyatında әn әlamәtdar hadisәyә çevrilir,
mәsәlәn, Avanın Doqquzuncu günü (bunu etiraf etmәyә utanır)
onun üçün әsl bayramdır!
Başa düşürsünüz? Heyvandan fәrqli olaraq dilinә yemәk
dәymәyib, uşaqların qanını içmәyib, Allaha itaәt göstәrib, әsrlәr
öncә dağıdılmış mәbәdin xatirәsini әziz tutaraq doyunca göz
yaşı töküb.
Qarnı tox adam necә ağlaya bilәr, hә? Toxun acdan nә xәbәri?
Başqalarının dәrdini duymaq üçün böyük ürәk lazımdır.
– Allah bilәn mәslәhәtdir! İstәnilәn günaha әl atırlar, tәki
qarınlarını otarsınlar, oruc tutmurlar, yalan-palan işlәrlә baş
qatırlar, bәyәm Allah bunları görmür?
Xaym Xaykin belә deyir vә oruc tutmaq әvәzinә xeyriyyәçiliyә
qәpik-quruş xәrclәyәnlәrә qәzәblәnir.
Adamlar bir ağızdan etiraf edirlәr ki, әn çәtin oruc – Avanın
Doqquzuncu günüdür.
Xaym Xaykin sәbәbini anlamır – niyә? Gün uzundur?
Әvәzindә, gecә qısadır. Qızmar hava adamın canını sıxır? Sizi
74