Page 70 - Sholom_Aleyhem_Макет 1
P. 70
Şolom Aleyxem
olduq... teleqramdakı “Rovno” sözü mәnә baha başa gәldi, üstәlik,
hәlә xidmәtçidәn üzr istәmәli dә oldum...
Nә isә, bu xoş xәbәri, yәni arvad-uşağın Rovnoda olduğunu
eşidәn kimi, özünüz başa düşürsünüz dә, dabanıma tüpürüb
yollandım ora. Rovnoya gәlirәm, arvad-uşaq nә gәzir? Ondan-
bundan xәbәr alıram: burada yanında bir neçә uşaq olan qadın
görmәmisiniz? Deyirlәr: burada idilәr, getdilәr. Yәni evә qayıdıblar!
Evә gәlib görürәm ki, hәkim otaqda vurnuxur. Nә mәsәlәdir?
Arvadım hәyәcandan xәstәlәnib...
– De görüm, – ara sakitlәşәndәn sonra arvadımdan soruşuram, –
uşaqları götürüb niyә Rovnoya getmisәn? Başına at tәpib?
– Hәlә soruşursan da! – arvadım cavab verir. – Yazmışdın ki,
uşaqları da götür, Rovnoya gәl. Teleqramı alanda, az qaldı, dәli
olum. Ağlıma min fikir gәldi! Düşündüm ki, yәqin, yolda
xәstәlәnmisәn, hardasa Rovno yaxınlığında ya yatalaq, ya da
qara suçiçәyinә tutulmusan...
Hövsәlәmi basıb soruşuram:
– Qara suçiçәyi hardan çıxdı?
– Hәmin gün, – arvadım bildirir, – qәzetdә oxudum ki,
Hindistanın hansısa әyalәtindә qara suçiçәyi epidemiyası yayılıb.
Dözә bilmәyib yerimdәn sıçradım:
– Başa düşmürәm! Hindistan hara, Peterburq hara?!
Arvadım mәni nәvazişlә süzür:
– Әzizim, sәnin başına hәr iş gәlә bilәr...
İlahi, arvad deyil, qızıldır! Düz demirәm?
70